Hall Hazırda oxuduqunuz xəbər
baslik

İlham Əliyev Vyanadadır - Danışıqlar başladı (Yenilənir)

Tarix: 16-05-2016 / 23:13 | Baxılıb: 676
yazıyı büyüt yazıyı küçült
İlham Əliyev Vyanadadır - Danışıqlar başladı (Yenilənir)"VƏTƏNPƏRVƏR.İNFO" TASS-a istinadən xəbər verir ki, hazırda Vyanada Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanla Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə görüş keçirir.

“Mogerini Əliyev və Sarkisyanla görüşür. Daha sonra iki ölkə prezidentləri ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrin (ABŞ, Rusiya, Fransa) XİN rəhbərləri ilə məsləhətləşmələr aparacaqlar”, - deyə mənbə bildirib.

***

Azərbaycan və Ermənistan prezidentləri ABŞ dövlət katibi Con Kerri, Rusiya xarici işlər naziri Sergey Lavrov və Fransa xarici işlər naziri Jan-Mark Eyronun iştirakı ilə az sonra görüşəcək.

Bu barədə amerikalı həmsədr Ceyms Uorlik "Azadlıq" radiosunun rus xidmətinə bildirib.

"Con Kerri, Sergey Lavrov və Jan-Mark Eyro prezidentlər İlham Əliyev və Serj Sarkisyanla bir otaqda olacaqlar, danışıqlar aparacaqlar"-Uorlik bildirib.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Noyabr 2021    »
BeÇaÇşCaCmŞbBz
1234567
891011121314
15161718192021
22232425262728
2930 

VƏTƏNPƏRVƏR.İNFO SOSİAL ŞƏBƏKƏLƏRDƏ