Azərbaycan Milli Paralimpiya Komitəsinin 53 nəfərdən ibarət nümayəndə heyyəti Naxçıvanda səfərdədir. Bu barədə Milli Paralimpiya Komitəsinin şöbə müdiri Kamal Məmmədov "VƏTƏNPƏRVƏR.İNFO"ya açıqlamasında bildirib.
Qeyd edib ki, səfərin ilk günü Komitə əməkdaşları və Paralimpiyaçılar əvvəlvə Milli Lider Heydər Əliyevin büstünü ziyarət ediblər. Daha sonra Ulu Öndərin adını daşıyan muzeylə tanış olublar.
Nümayəndə heyyəti üçün Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə ekskursiya təşkil olunub.
Mayın 13-də isə Milli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü və Azərbaycan Milli Paralimpiya Komitəsinin 20 illiyinə həsr olunan Paralimpiya festivalı keçiriləcək. Festivalda Naxçıvan, Bakı və regionlarla yanaşı iran İslam Respublikasını təmsil edən 60 idmançı iştirak edəcək. Onlar 5 idman növündə qüvvələrini sınayacaq.