Xəbər verdiyimiz kimi AZAL və Milli Paralimpiya Komitəsi arasında əməkdaşlıq haqqında saziş imzalanıb. Milli Paralimpiya Komitəsinin dəstəyi ilə bu əməkdaşlığı əks etdirən videoçarx hazırlanıb.
Xatırladaq ki, əməkdaşlıq "Azərbaycan Hava Yolları"nın uçuşlar həyata keçirdiyi istiqamətlər üzrə beynəlxalq idman çempionatları və dünya kuboklarına idmançıların transferi, idman avadanlıqlarının daşınmasının əlavə rüsumlardan azad edilməsi, həmçinin əhali arasında paralimpiya idmanının təşviqi üzrə birgə tədbirlərin keçirilməsini nəzərdə tutur.
Əməkdaşlıq çərçivəsində AZAL sentyabr 7-dən 18-dək Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək 2016 Yay Paralimpiya Oyunlarına idmançıların uçuşlarını təşkil edəcək.
2016 Paralimpiya Oyunlarının mükafatçılarına AZAL-ın istənilən istiqamətlərinə bir il müddətinə etibarlı olan pulsuz biletlər təqdim olunacaq