VƏTƏNPƏRVƏR.İNFO Azərbaycan Milli Paralimpiya Komitəsinə istinadən xəbər verir ki, eşitmə məhdudiyətli yeniyetmələr arasında 2 - 4 may tarixlərində İran İslam Respublikasının Tehran şəhərində keçirilən yunan-roma güləş növü üzrə dünya çempionatında Həsənzadə Elçin 60 kq çəki dərəcəsində çempionatın 2-ci yerinə sahib çıxıb.
Beləliklə idmançımız 2017-ci ilin senytyabr ayında Türkiyənin Ankara şəhərində keçiriləcək Surolimpiyadaya lisenziya qazanıb.