Hall Hazırda oxuduqunuz xəbər
baslik

Nik Vuyçiç Bakıya gəlir

Tarix: 11-04-2016 / 00:48 | Baxılıb: 1 177
yazıyı büyüt yazıyı küçült
Nik Vuyçiç Bakıya gəlirHeydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) əməkdaşları Kamal Məmmədov və Orxan İskəndərov Ukraynanın Kiyev şəhərində səfərdə olan dünyanın tanınmış natiq-motivatoru Nik Vuyçiçlə görüşüblər.

AMPK-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə Nik Vuyçiçin proqramının Azərbaycanda tətbiq olunması təklif edilib. Onun 2017-ci ildə Azərbaycana səfərə gəlməsi barədə ilkin razılıq əldə edilib. N.Vuyçiç səfərin dəqiq tarixi barədə yaxın zamanlarda məlumat verəcəyini bildirib.

Qeyd edək ki, Nik Vuyçiç 1982-ci ildə Avstraliyada gen xəstəliyi nəticəsində Tetra-Amelia sindromu ilə qolsuz və ayaqsız anadan olub. Vaxtı ikən yaşadığı çətinliklərə baxmayaraq, hazırda o, dünyanın ən məşhur motivasiya natiqlərindəndir. İndiyədək beş qitədə 57-dən çox ölkədə 3 min dəfədən çox çıxış edən N.Vuyçiç, eyni zamanda, maliyyənin planlaşdırılması peşəsinə də sahibdir. Öz varlığı və fəaliyyəti ilə Nik minlərlə insana – “Həyatda əngəllər yoxdur! Qəlbiniz rahatlıq taparsa, bütün maneələriniz qapıya çevrilər” şüarı ilə ümid hissi aşılayır. O, dünyanı gəzməyi, balıq tutmağı, qolf oynamağı, üzməyi sevir. Ayağındakı iki barmaqla yazı yazır və futbol oynayır. Nik özünün “Bədən üzvlərsiz həyat” dərnəyini qurub, “Kəpənək sirki” adlı filmdə baş rolu ifa edib. “Something more” mahnısının müəllifi və ifaçısı, “Hüdudsuz həyat”, “Qarşısıalınmaz”, “Güclü ol”, “Sərhədsiz sevgi” adlı satış üzrə rekordlar qıran kitabların müəllifidir. 2005-ci ildə “İlin gənc avstraliyalısı” mükafatına layiq görülüb.

Şəxsi həyatında çox xoşbəxt olduğunu qeyd edən N.Vuyçiç sevən və sevilən bir ailə başçısıdır. Onun Kanae Miyahara adlı həyat yoldaşı və iki oğlu var.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Avqust 2022    »
BeÇaÇşCaCmŞbBz
1234567
891011121314
15161718192021
22232425262728
293031 

VƏTƏNPƏRVƏR.İNFO SOSİAL ŞƏBƏKƏLƏRDƏ