Hall Hazırda oxuduqunuz xəbər
baslik

Brüsseldə törədilən partlayışlarda 26 nəfər ölüb, 35 nəfər yaralanıb

Tarix: 22-03-2016 / 15:58 | Baxılıb: 464
yazıyı büyüt yazıyı küçült
Brüsseldə törədilən partlayışlarda 26 nəfər ölüb, 35 nəfər yaralanıbBelçikanın paytaxtı Brüsseldə törədilən partlayışlarla bağlı rəsmi açıqlama verilib.

"Vetenperver.info"nun xarici KİV-ə istinadən məlumatına görə, Zaventem hava limanında ard-arda törədilən iki partlayışda 11 nəfər, metroda törədilən partlayışda isə 15 nəfər olmaqla, ümumilikdə 26 nəfər ölüb, 35 nəfərdən çox şəxs yaralanıb.

Paytaxt Prokurorluğunun yaydığı xəbərə görə, hava limanındakı partlayışlardan birini terrorçu-kamikadze törədib.
Baş nazir Şarl Mişel isə bu günün Belçika tarixinə qara hərflərlə yazılacağını bildirib. O, vətəndaşlarını soyuqqanlı olmağa və həmrəyliyə çağırıb.

Qeyd edək ki, ötən il noyabrın 13-də Fransanın paytaxtı Parisdə 130 nəfərin ölümü ilə nəticələnmiş terror aktını törətməkdə təqsirləndirilən İŞİD terror təşkilatının üzvü Salah Abdesalam bu il martın 18-də Belçikada yaxalanıb. Həmin vaxt İŞİD-in Belçikada silsilə terror aktları təşkil edəcəyi bildirilirdi.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Dekabr 2019    »
BeÇaÇşCaCmŞbBz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

VƏTƏNPƏRVƏR.İNFO SOSİAL ŞƏBƏKƏLƏRDƏ