Hall Hazırda oxuduqunuz xəbər
baslik

Dizaynerlərin nəzərinə - ELAN

Tarix: 15-03-2016 / 22:16 | Baxılıb: 735
yazıyı büyüt yazıyı küçült
Dizaynerlərin nəzərinə - ELANƏziz dostlar! Azərbaycan Milli Paralimpiya Komitəsi Rio-2016 Paralimpiya Oyunları üçün parad formasının dizaynının hazırlanması müsabiqəsi keçirir.
Əsas şərt milli atributların, milliliyin tərənnümüdür. Geyim Azərbaycanın çoxəsrli mədəniyyətini, zəngin mədəni irsini təbliğ etməli və müasirliklə sintez təşkil etməlidir. Geyimlərin dizaynı zamanı Azərbaycan milli ornamentləri və emblemlərindən istifadə olunmalıdır.
Eskizlərin qəbulu üçün son tarix: 15 aprel 2016 Hazırladığınız Geyim eskizlərini kamalazenpc@outlook.com elektron ünvanına göndərə bilərsiniz.
Şərtlər: -Yarışmada hər kəs iştirak edə bilər. Geyim forması əvvəllər yayımlanmamış olmalı. Öncə yaradılmış geyim formalarının dizaynı və ya onların komponentlərinə tam uyğun gəlməməlidir.
Dizayn *png və *cdr formatında qəbul olunur;
Orijinallığı yaradılmış ekspert komissiyası tərəfindən ən yüksək qiymətləndirilən geyim forması qalib kimi seçiləcək və 30 aprel 2016-ci il tarixdə geniş ictimai təqdimatla elan ediləcəkdir.
Seçilmiş geyim forması "Azərbaycan Milli Paralimpiya Komitəsinin Rio-2016 paralimpiya Oyunları üçün parad forması” rəsmi parad geyimi statusunu alacaq və istifadə hüququ Milli Paralimpiya Komitəsinə məxsus olacaq.
Geyim formasını dizayn edən qalib kömitə tərəfindən 500 AZN pul mükafatıyla və diplomla mükafatlandırılacaqdır.
Azərbaycan Milli Paralimpiya Komitəsi






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Dekabr 2020    »
BeÇaÇşCaCmŞbBz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

VƏTƏNPƏRVƏR.İNFO SOSİAL ŞƏBƏKƏLƏRDƏ