Hall Hazırda oxuduqunuz xəbər
baslik

Poroşenko Azərbaycana səfərə gələcək

Tarix: 07-01-2016 / 19:26 | Baxılıb: 754
yazıyı büyüt yazıyı küçült
Poroşenko Azərbaycana səfərə gələcəkUkrayna prezidentinin mətbuat xidməti məlumat yaydı.

Ukrayna prezidenti Pyotr Poroşenkonun 2016-cı ildə Azərbaycana səfəri nəzərdə tutulub.

Oxu.Az xəbər verir ki, bu barədə APA-ya Ukrayna Prezident Administrasiyasının mətbuat xidmətindən məlumat verilib.

Mətbuat xidmətindən bildirilib ki, səfərin tarixi hələlik dəqiqləşməyib.

Qeyd edək ki, Ukrayna Prezident Administrasiyasının rəhbəri Boris Lojkinin başçılıq etdiyi nümayəndə heyətini 2015-ci il dekabrın əvvəlində Azərbaycanda səfərdə olub.

Ukrayna prezidenti administrasiyasının rəsmi saytında bildirilir ki, Ukrayna nümayəndə heyətinin dekabrın 2-də Azərbaycan prezidenti ilə görüşü zamanı Ukrayna-Azərbaycan hökümətlərarası iqtisadi əməkdaşlıq komissiyasının növbəti iclasının Bakıda keçirilməsi ilə bağlı hazırlıq məsələləri müzakirə edilib.

Məlumatda o da qeyd olunur ki, Ukrayna prezidentinin Azərbaycana rəsmi səfəri 2016-cı ilin birinci yarısına nəzərdə tutulur.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Noyabr 2021    »
BeÇaÇşCaCmŞbBz
1234567
891011121314
15161718192021
22232425262728
2930 

VƏTƏNPƏRVƏR.İNFO SOSİAL ŞƏBƏKƏLƏRDƏ