Hall Hazırda oxuduqunuz xəbər
baslik

Mehriban Əliyeva Fransa səfiri ilə görüşdü

Tarix: 10-03-2016 / 22:52 | Baxılıb: 749
yazıyı büyüt yazıyı küçült
Mehriban Əliyeva Fransa səfiri ilə görüşdüMartın 10-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Fransanın ölkəmizdəki səfiri xanım Orelia Buşez ilə görüşüb.

Birinci xanım Mehriban Əliyeva Azərbaycan ilə Fransa arasında həm siyasi, həm iqtisadi, həm də humanitar sahələrdə əlaqələrin inkişaf etdiyini, hər iki ölkənin dövlət başçılarının yüksək səviyyəli görüşlərinin bu əlaqələrin daha da möhkəmlənməsinə töhfə olduğunu bildirdi. Azərbaycanda çoxlu sayda Fransa şirkətlərinin fəaliyyət göstərdiyini qeyd edən Mehriban Əliyeva humanitar sahədəki əməkdaşlığı xüsusi vurğuladı.

Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun rəhbəri Mehriban Əliyeva, eyni zamanda, Azərbaycan və Fransa qanunverici orqanları arasında yaxşı əlaqələrin qurulduğunu da diqqətə çatdırdı.

Heydər Əliyev Fondunun prezidenti Fondun dəstəyi və təşəbbüsü ilə Fransada bir çox layihələr reallaşdırıldığını, bu layihələrin xalqlarımızın daha da yaxınlaşmasına xidmət etdiyini vurğuladı. Mehriban Əliyeva Fransanın ölkəmizdəki səfiri Orelia Buşezin dəstəyi ilə əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə əminliyini bildirdi.

Azərbaycanın birinci xanımı ilə görüşməkdən şərəf duyduğunu deyən Fransanın ölkəmizdəki diplomatik missiyasının rəhbəri Azərbaycan- Fransa münasibətlərinin güclü olduğunu diqqətə çatdırdı. Orelia Buşez iki ölkə arasında inkişaf etməyən sahənin olmadığını bildirdi.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Noyabr 2021    »
BeÇaÇşCaCmŞbBz
1234567
891011121314
15161718192021
22232425262728
2930 

VƏTƏNPƏRVƏR.İNFO SOSİAL ŞƏBƏKƏLƏRDƏ