Hall Hazırda oxuduqunuz xəbər
baslik

Obama türk əsgərlərinin İraqdan çıxarılmasına təkid edir

Tarix: 07-01-2016 / 19:22 | Baxılıb: 923
yazıyı büyüt yazıyı küçült
Obama türk əsgərlərinin İraqdan çıxarılmasına təkid edirSiyasətçilər İŞİD yaraqlıları ilə mübarizəni müzakirə ediblər.

ABŞ prezidenti Barak Obama hesab edir ki, Bağdadın icazəsi olmadan ölkənin şimalında yerləşdirilən Türkiyə qoşunları İraqın ərazisindən çıxarılmalıdır, Reuters Ağ evin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Oxu.Az xəbər verir ki, Obama bu barədə İraqın baş naziri İbrahim əl-Abadi ilə telefon danışığı əsnasında bildirib.

Bundan başqa, siyasətçilər İŞİD yaraqlıları ilə mübarizəni müzakirə ediblər.

Hələ dekabrın ortasında amerikalı prezident Rəcəb Tayyib Ərdoğanı İraqdan hərbçiləri çıxarmağa çağırıb.

Türkiyənin baş naziri Əhməd Davudoğlunun sözlərinə görə, Bağdad ölkənin üçdə bir hissəsinə nəzarəti itirib. Nazir İraq hakimiyyətini İŞİD-ə qarşı güc tətbiq etməyə çağırıb.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Oktyabr 2022    »
BeÇaÇşCaCmŞbBz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

VƏTƏNPƏRVƏR.İNFO SOSİAL ŞƏBƏKƏLƏRDƏ