Hall Hazırda oxuduqunuz xəbər
baslik

Aynur Məmmədova: "Qələbələrimi oğluma həsr edirəm"

Tarix: 02-03-2016 / 21:09 | Baxılıb: 2 646
yazıyı büyüt yazıyı küçült
Aynur Məmmədova Ucar rayonunda dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra, 1997-ci ildə Maliyyə İqdisad Kollecinə daxil olub. Uşaqlıqdan idmana böyük həvəsi olub. Anadangəlmə fiziki məhdudiyyətli olduğuna görə idman növünü seçməkdə çətinlik çəkib. Nəhayət 1998-ci ıldə Paralımpıyanın atıcılıq idman növü ılə məşğul olmağa başlayıb. 1998-1999-cu illərdə müxtəlif yarışlarda iştirak edərək nailiyyətlər qazanıb. Buna baxmayaraq bir müddət idmandan uzaqlaşıb.

2008-ci ıldə Sumqayıt şəhərində Paralımpıya İdman Komleksinin tikilməsi Aynur Məmmədovanın yenidən böyük idmana qayıtmasına təkan verir. O, özünü parataekvando idman növündə sınamağ qərarına gəlir.

İllər keçir. Çəkilən əziyyət yerdə qalmır. 2010-cu ildə Sankt-Peterburqda keçirilən Dünya çempionatında 3-cü yer tutur. Daha sonra uğurlar bir-birini əvəzləyir. 2011-ci ildə Moskvada keçirilən Avropa çempionatında 1-ci yer, 2012-ci ildə Santakruz şəhərındə keçirilən Dünya çempionatında 1-ci yer, 2013-cü ildə Rumınyada keçirilən Avropa çempionatnda 3-yer, 2014-cü ildə Moskvada keçirilən Dünya çempionatnda 2-ci yer, 2014-cü il Antaliyada keçirilən Avropa cempionatnda 1-ci yer, 2015ci il Samsunda keçirilən Dünya çempionatında 1-ci yer, 2015-ci il Paralimpiya üzrə Dünya Oyunlarında 1-cı yer tutur. İdman ustasıdır. Tokyoda keçiriləcək Paralimpiya Oyunlarında qalib gəlmək ən böyük məqsədidir.

Aynur Məmmədova qazandıqları qələbələrini oğluna həsr etdiyini deyir. 11 yaşlı Mirkamal isə anasının bu qələbələrində ruhlanaraq onun yolunu davam etdirir. Taekvando ilə məşğul olan Mirkamal deyir ki, ən böyük arzum kosmonavt olmaqdır.

Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Avqust 2022    »
BeÇaÇşCaCmŞbBz
1234567
891011121314
15161718192021
22232425262728
293031 

VƏTƏNPƏRVƏR.İNFO SOSİAL ŞƏBƏKƏLƏRDƏ