İmran cəfərzadə... Bu ad hamımıza yaxşı məlumdur. Bir zamanlar onu istirahət mərkəzlərinin birində ayağından zədə alan körpə kimi tanıyırdıq. İndi O, Uşaq paralimpiya Komitəsinin ən fəal üzvlərindən biridir. Ötən ilin sonlarında ilk dəfə Azərbaycanda keçirilən Uşaq Paralimpiya idman Oyunlarında üzgüçülük növü üzrə qalib olan İmran, məşqlərini davam etdirir.
Valideynlərinin sözlərinə görə İmranın bu idman növünə cəlb edilməsi onun reabilitasiya keçməsi ilə bərabər, cəmiyyətə inteqrasiya olunmasına şərait yaradıb. Anası Nuridə xanım deyir ki, İmran qarşıda gələn yeni yarışlara çox həvəslə hazırlaşır.
Bu yaxınlarda 5 yaşını qeyd edən balaca çempiona “Vetenperver.info” kollektivi olaraq uğurlar arzulayırıq.
Xatırladaq ki, Uşaq Paralimpiya Komitəsinin üzgüçülük idman növü üzrə məşqləri Sumqayıt Paralimpiya İdman Kompleksində baş məşqçi Faik Əsgərovun rəhbərliyi ilə keçirilir.