Hall Hazırda oxuduqunuz xəbər
baslik

İlham Əliyev Vladimir Putinə telefonla zəng edib

Tarix: 25-02-2016 / 21:53 | Baxılıb: 822
yazıyı büyüt yazıyı küçült
İlham Əliyev Vladimir Putinə telefonla zəng edibAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 25-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.

Söhbət zamanı dövlət başçıları Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında münasibətlərin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edib, strateji tərəfdaşlıq səviyyəsində əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər.

Prezident İlham Əliyev və Prezident Vladimir Putin iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlıq və beynəlxalq gündəliyə dair bir sıra aktual məsələləri müzakirə ediblər.

Dövlət başçıları Suriya probleminin tənzimlənməsi ilə bağlı fikir mübadiləsi apararaq, Suriyada hərbi əməliyyatların dayandırılması haqqında Rusiya Federasiyası və ABŞ-ın birgə bəyanatının həyata keçirilməsinin vacibliyini vurğulayıblar.

Telefon söhbəti zamanı təmasların davam etdirilməsi barədə razılıq əldə edilib.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Noyabr 2021    »
BeÇaÇşCaCmŞbBz
1234567
891011121314
15161718192021
22232425262728
2930 

VƏTƏNPƏRVƏR.İNFO SOSİAL ŞƏBƏKƏLƏRDƏ