Hall Hazırda oxuduqunuz xəbər
baslik

Milli Paralimpiya Komitəsinin yaradılmasından 20 il ötür

Tarix: 10-02-2016 / 22:28 | Baxılıb: 1 066
yazıyı büyüt yazıyı küçült
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaradılmasından 20 il ötür. 1996-cı il fevralın 9-da Milli Paralimpiya Komitəsinin təsis konqresi keçirilib və İlqar Rəhimov qurumun prezidenti seçilib.

Milli Paralimpiya Komitəsinin yaradılmasından 20 il ötür"Vetenperver.info" AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Milli Paralimpiya Komitəsinin komandası ilk dəfə 1996-cı ildə Atlantada keçirilən X Yay Paralimpiya Oyunlarında iki idmançı ilə təmsil olunub. 2000-ci il Sidney Yay Paralimpiya Oyunları ərəfəsində ümummilli lider Heydər Əliyevin idmançılarımızın Olimpiadaya yola salınması mərasimində iştirakı və Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmançılarla görüşməsi, həmin ərəfədə Ulu Öndərin paralimpiyaçılarımız üçün Sumqayıtda yeni, beynəlxalq standartlara cavab verən Paralimpiya İdman Kompleksinin tikilməsi haqqında Sərəncam imzalanması ölkəmizin idman həyatında mühüm uğurların qazanılmasına təkan verdi. Həmin dövrdən ölkədə paralimpiya hərəkatı daha sürətli inkişaf yoluna qədəm qoydu.

2008-ci il avqustun 28-də Sumqayıtda Paralimpiya İdman Kompleksinin açılış mərasimi keçirilib. MDB məkanında ilk dəfə olaraq, paralimpiyaçılar üçün beynəlxalq standartlara uyğun tikilən kompleks bu sahəyə göstərilən diqqətin daha bir nümunəsi oldu. Təsadüfi deyil ki, açılış mərasimində dövlətimizin başçısı İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva da iştirak etmişdilər.

Paralimpiyaçılarımız Azərbaycan Prezidentinin onlara göstərdiyi diqqət və qayğını daim öz üzərində hiss ediblər. Beynəlxalq yarışlarda qələbə qazanmış idmançılar, məşqçilər Prezidentin sərəncamları ilə orden və medallarla təltif olunurlar. Paralimpiyaçıların sosial durumu yaxşılaşdırılır, onlar mənzillər, minik avtomobilləri ilə təmin edilirlər.

Hazırda Paralimpiya Komitəsi yüzlərlə idmançını sıralarında birləşdirir. Görülmüş məqsədyönlü işlərin nəticəsi olaraq, Milli Paralimpiya Komitəsinin idmançıları 1996-cı ildən başlayaraq mühüm qələbələr qazanmaqda davam edirlər.
FOTO TREND

Milli Paralimpiya Komitəsinin yaradılmasından 20 il ötür






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Avqust 2022    »
BeÇaÇşCaCmŞbBz
1234567
891011121314
15161718192021
22232425262728
293031 

VƏTƏNPƏRVƏR.İNFO SOSİAL ŞƏBƏKƏLƏRDƏ