Hall Hazırda oxuduqunuz xəbər
baslik

Vaqif Ağayev 70 illik yubileyini qeyd edir

Tarix: 15-11-2022 / 06:13 | Baxılıb: 385
yazıyı büyüt yazıyı küçült
Vaqif Ağayev 70 illik yubileyini qeyd edirBu gün tanınmış rabitəçi Vaqif Ağayev 70 illik yubileyini qeyd edir.

Vaqif müəllim 15 noyabr 1952-ci ildə Şəmkir rayonunun Zəyəm qəsəbəsində dünyaya göz açıb. Rabitə Elektro Texnikomunu bitirib.

Tanınmış rabitəçi fəaliyyətə Şəmkir rabitə qovşağında başlayıb. Daha sonra fəaliyyətini Rabitə Nazirliyinin Baratlara nəzarət bürosunda, Bakı şəhərinin Qaradağ rabitə qovşağında, Şaumyan rabitə qovşağında, Bakı poçtamtının texniki istismar şöbəsində, Yasamal rabitə qovşağının 78 saylı Poçt şöbəsində davam etdirib.

Uzun müddət “Azərpoçt” MMC-də müxtəlif vəzifələrdə çalışıb.
2021-ci ildən təqaüdə çıxıb.

Hazırda tarixi ensiklopedik məzmunlu əsərlər yazır, tərcümə işləri ilə məşğul olur. Bütün sahələrdə texnoloji prosesləri tənzimləyən qayda və təlimatlar, hüquqi normativ sənədlərin layihələrini tərtib edir.

Yubilyarı təbrik edərək ona uzun ömür, can sağlığı, işlərində müvəffəqiyyət və yeni-yeni elmi nailiyyətlər arzulayırıq.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Noyabr 2022    »
BeÇaÇşCaCmŞbBz
 123456
78910111213
14151617181920
21222324252627
282930 

VƏTƏNPƏRVƏR.İNFO SOSİAL ŞƏBƏKƏLƏRDƏ