Hall Hazırda oxuduqunuz xəbər
baslik

Vəzifəli şəxslər Füzulidə qəzaya düşdü

Tarix: 02-11-2022 / 07:11 | Baxılıb: 42
yazıyı büyüt yazıyı küçült
Vəzifəli şəxslər Füzulidə qəzaya düşdüFüzuli rayonunda “Azərişıq” ASC-nin rəhbər şəxsləri qəzaya düşüb.

“Qafqazinfo”nun “Unikal”a istinadən məlumatına görə, qəza nəticəsində minik avtomobili yoldan çıxaraq dərəyə aşıb. Nəqliyyat vasitəsində olan şəxslər “Azərişıq” sədrinin müşaviri Bəhruz İsmayılov, Texniki nəzarət idarəsinin rəisi Arif Yusifov və onun müavini Samir adlı şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Əldə etdiyimiz məlumata görə, hadisə oktyabrın 31-də baş verib. “Toyota Camry” və “VAZ 21015” markalı avtomobillər toqquşub. Qəza nəticəsində ciddi xəsarət alan olmayıb.

“Azərişıq” ASC-dən “Qafqazinfo”ya faktı təsdiqləyiblər. Bildirilib ki, “Azərişıq” ASC-nin rəhbər heyəti tez-tez işğaldan azad edilmiş ərazilərə görülən işlərlə yerində tanış olmaq məqsədilə səfər edir. Bu qəza da Füzuli rayonuna səfər zamanı baş verib. Yolda digər avtomobilin ehtiyatsızlığı səbəbindən qəza baş verib və “Azərişıq” sədrinin və idarə rəisinin olduğu avtomobil yoldan çıxıb. Hazırda həmin şəxslər evdədirlər və vəziyyətləri normaldır.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Noyabr 2022    »
BeÇaÇşCaCmŞbBz
 123456
78910111213
14151617181920
21222324252627
282930 

VƏTƏNPƏRVƏR.İNFO SOSİAL ŞƏBƏKƏLƏRDƏ