Hall Hazırda oxuduqunuz xəbər
baslik

Abşeronda şadlıq sarayının yaxınlığında avtomobil piyadanı vuraraq öldürüb

Tarix: 01-11-2022 / 09:25 | Baxılıb: 36
yazıyı büyüt yazıyı küçült
Abşeronda şadlıq sarayının yaxınlığında avtomobil piyadanı vuraraq öldürübAbşeronda şadlıq sarayının yaxınlığında avtomobil piyadanı vuraraq öldürüb.

Hadisə oktyabrın 30-u saat 21:30 radələrində rayonun Mehdiabad qəsəbəsi, "Töhfə" şadlıq sarayının yaxınlığında qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü Orucov Samir Saleh oğlu idarə etdiyi "Nissan" markalı, 77-GA-950 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yolu qarşıdan-qarşıya keçmək istəyən piyada, 1974-cü il təvəllüdlü Allahverdiyev İman Sabir oğlunu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Noyabr 2022    »
BeÇaÇşCaCmŞbBz
 123456
78910111213
14151617181920
21222324252627
282930 

VƏTƏNPƏRVƏR.İNFO SOSİAL ŞƏBƏKƏLƏRDƏ