Hall Hazırda oxuduqunuz xəbər
baslik

"Qarabağ" ardıcıl 11-ci qələbəsini qazanıb

Tarix: 30-10-2022 / 14:18 | Baxılıb: 36
yazıyı büyüt yazıyı küçült
"Qarabağ" ardıcıl 11-ci qələbəsini qazanıbFutbol üzrə Azərbaycan Premyer Liqasında XII turun daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, günün ilk matçında "Şamaxı" "Qarabağ"ı qəbul edib. Şamaxı şəhər stadionundakı görüş qonaqların 4:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları 51 və 90+3-cü dəqiqələrdə Musa Qurbanlı, 56-cı dəqiqədə Elvin Cəfərquliyev və 90+5-ci dəqiqədə Cəlal Hüseynov (avtoqol) vurub.

Ardıcıl 11-ci qələbəsini qazanan Ağdam klubu 33 xalla liderliyini davam etdirir. 4 xalı olan "Şamaxı" isə 9-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, XII turun digər matçlarında "Turan Tovuz" "Sumqayıt"ı 1:0, "Kəpəz" "Səbail"i, "Neftçi" isə "Zirə"ni 3 cavabsız qolla üstələyib. Tura bu gün keçiriləcək "Sabah" - "Qəbələ" oyunu ilə yekun vurulacaq.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Noyabr 2022    »
BeÇaÇşCaCmŞbBz
 123456
78910111213
14151617181920
21222324252627
282930 

VƏTƏNPƏRVƏR.İNFO SOSİAL ŞƏBƏKƏLƏRDƏ