Hall Hazırda oxuduqunuz xəbər
baslik

İlham Əliyev Fransa Prezidenti Kabinetinin müşavirini qəbul edib

Tarix: 30-09-2022 / 07:36 | Baxılıb: 64
yazıyı büyüt yazıyı küçült
İlham Əliyev Fransa Prezidenti Kabinetinin müşavirini qəbul edibAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da Fransa Prezidenti Kabinetinin kontinental Avropa və Türkiyə üzrə müşaviri xanım İzabel Dümonu qəbul edib.

Görüşdə Fransa Prezidenti Emanuel Makronla Azərbaycan Prezidenti İlham Əliyev arasında son dövrlərdə telefon danışıqları əsnasında aparılmış müzakirələr və konstruktiv dialoq qeyd olundu.

Söhbət zamanı Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsi üzrə danışıqlar prosesi, sərhədlərin delimitasiyası və kommunikasiyaların açılması məsələləri ətrafında fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyev Azərbaycanın üzləşdiyi mina problemi və Birinci Ermənistan-Azərbaycan müharibəsindən etibarən 4000 nəfərə yaxın Azərbaycan vətəndaşınınn itkin düşmüş hesab edildiyini vurğuladı. Bu məsələlərinin həllinin vacibliyi qeyd edildi.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən Azərbaycan-Fransa ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olundu.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Noyabr 2022    »
BeÇaÇşCaCmŞbBz
 123456
78910111213
14151617181920
21222324252627
282930 

VƏTƏNPƏRVƏR.İNFO SOSİAL ŞƏBƏKƏLƏRDƏ