Hall Hazırda oxuduqunuz xəbər
baslik

"Qalatasaray" Arda Turan üçün vida matçı təşkil edəcək

Tarix: 30-09-2022 / 07:32 | Baxılıb: 62
yazıyı büyüt yazıyı küçült
"Qalatasaray" Arda Turan üçün vida matçı təşkil edəcəkTürkiyə "Qalatasaray"ı sabiq futbolçusu Arda Turan üçün vida oyunu təşkil edəcək.

"Report"un məlumatına görə, bu barədə İstanbul təmsilçisinin vitse-prezidenti Erden Timur klubun rəsmi yutub kanalına açıqlama verib.

Funksioner bildirib ki, "sarı-qırmızılılar" bu cür məsələlərə həssas yanaşır: "Arda Türkiyənin ən titullu futbolçusudur. Bizim yetirməmizdir, İspaniyada "Atletiko" (Madrid) və "Barselona" kimi komandalarda oynayıb. Çox vacib oyunçudur. Bu cür futbolçuları unutmamaq, onlara dəyər vermək əsas məqsədimizdir".

Qeyd edək ki, Arda Turan sentyabrın 12-də karyerasını başa vurduğunu açıqlayıb. O, Türkiyədə "Qalatasaray"dan başqa, "Manisaspor" və "Başakşehir"in də formasını geyinib.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Noyabr 2022    »
BeÇaÇşCaCmŞbBz
 123456
78910111213
14151617181920
21222324252627
282930 

VƏTƏNPƏRVƏR.İNFO SOSİAL ŞƏBƏKƏLƏRDƏ