Hall Hazırda oxuduqunuz xəbər
baslik

Uroloq Araz Bayramova qarşı iddiaya əsasən keçirilən Apellyasiya məhkəməsi davam edir - Telejurnalistin həyat yoldaşı niyə böyrək əməliyyatından beyin insultu ilə ayıldı?

Tarix: 20-05-2022 / 11:33 | Baxılıb: 196
yazıyı büyüt yazıyı küçült
Uroloq Araz Bayramova qarşı iddiaya əsasən keçirilən Apellyasiya məhkəməsi davam edir - Telejurnalistin həyat yoldaşı niyə böyrək əməliyyatından beyin insultu ilə ayıldı?Tanınmış telejurnalist Günel Gözəlovanın həyat yoldaşı Anar Gözəlovun həkim səhlənkarlığı nəticəsində ölümlə üzləşməsi və möcüzə nəticəsində sağlamlıq məhdudiyyəti ilə həyatda qalması problemi ictimaiyyətə məlumdur.

Vetenperver.info Ednews-a istinadən xəbər verir ki, hazırda Apellyasiya şikayətinə müvafiq instansiyada hakim Məmməd Məmmədovun sədrliyi ilə baxılır. Bu gün, 20 may tarixində növbəti iclas keçirilib. Bugünə qədər keçirilən ekspertiza rəyində verilən saxta qərarlar məhkəmənin əsas müzakirə mövzusu olub. İddiaçının vəkili Yusif Seyfəlov Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin versiyi ekspertiza rəyindəki qeyri-müəyyən və əsaslandırılmamış “fakt”lara aydınlıq gətirilməsini istəyib və idda edib ki, qərar qərəzlidir. Bu səbəbdən də yenidən ekpertizanın keçirilməsi ilə bağlı vəsatət qaldırıb. Məhkəmə müşavirə elan edib, lakin zaman baxımından və sahəyə nabələd olduqları üçün qərarsız qalan məhkəmə heyəti məhkəməni saat 12:40, 25 may tarixinə təxirə salıblar.

Qeyd edək ki, Zərərçəkən Anar Gözəlovun nümayəndəsi qismində çıxış edən Günel Gözəlovanın qaldırdığı iddia əsasında cavabdeh olan, “Buta” Klinikasının direktoru, uroloq-androloq Araz Bayramov ilə məhkəmə prosesi artıq 10 aydır ki, davam edir. Bugünə qədər nə hadisəni bütün təfərrüatı ilə görən “Buta” klinikasının həkim-tibb personalı, nə xəstəni əməliyyatdan çıxan andan görən ailə üzvləri, iş yoldaşları, qohumları, Klinikaya ailənin öz hesabına apardığı həkimlər, bir sözlə heç bir şahid dindirilməyib.

Xəbər verdiyimiz kimi, Bakı Şəhəri Nərimanov rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, iş N 2(005)-3675/2021 qətnaməsindən Apelyasiya şikayəti ilə müvafiq instansiya məhkəməsinə müraciət edilib. Artıq iş üzrə 4 və 11 mart, eləcə də 1, 15 aprel, 6 və 20 may 2022-ci tarixlərində 6 məhkəmə iclası keçirilib.

Xatırladaq ki, jurnalistin həyat yoldaşı Anar Gözəlov 2021-cil il fevralın 18-də 6 saata yaxın davam edən böyrək daşı əməliyyatından sonra cərrahiyyə otağından beyinin ikitərəfli insultu, eyni zamanda dünyada ən təhlükəli beyin qanaxması sayılan subarxanoidal qanaxma ilə ayılıb. Bu gün Anar Gözəlova 15 ay sürən müalicədən sonra anlama və nitq (sensor-motor afaziya xəstəsi) qüsurlu olaraq hələ sağlamlığına müəyyən qədər də olsa qovuşmaq üçün müalicə alır. Nevropotoloqların rəyinə görə xəstənin sağlamlığına daim nəzarət olunmasa növbəti insult riski istisna olunmur və sağlamlığının tam bərpası mümkünsüzdür.

Tanınmış telejurnalist Günel Gözəlovanın həyat yoldaşı Anar Gözəlovu əməliyyat edən həkim Araz Bayramova qarşı iddia üzrə ilkin instansiyada məhkəmə prossesi Nərimanov Rayon Məhkəməsində keçirilib. İşlə bağlı Nərimanov Rayon Məhkəməsində zərərçəkənin əlehinə qərar qəbul edən hakim Vüqar Quliyev az keçmədən hakimlikdən azad olunub.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    İyul 2022    »
BeÇaÇşCaCmŞbBz
 123
45678910
11121314151617
18192021222324
25262728293031

VƏTƏNPƏRVƏR.İNFO SOSİAL ŞƏBƏKƏLƏRDƏ