Hall Hazırda oxuduqunuz xəbər
baslik

Həkim-uroloqla bağlı iddiaya baxan Apellyasiya məhkəməsi nə qərar verdi? - Araz Bayramov bugünəcən məhkəməyə gəlməyib

Tarix: 10-05-2022 / 16:47 | Baxılıb: 57
yazıyı büyüt yazıyı küçült
Həkim-uroloqla bağlı iddiaya baxan Apellyasiya məhkəməsi nə qərar verdi? - Araz Bayramov bugünəcən məhkəməyə gəlməyibTanınmış telejurnalistin həyat yoldaşı Anar Gözəlovun həkim səhlənkarlığı nəticəsində ölümlə üzləşməsi və möcüzə nəticəsində sağlamlıq məhdudiyyəti ilə həyatda qalması problemi ictimaiyyətə məlumdur.

Vetenperver.info xəbər verir ki, zərərçəkən Anar Gözəlovun nümayəndəsi qismində çıxış edən Günel Gözəlovanın qaldırdığı iddia əsasında cavabdeh olan, “Buta” Klinikasının direktoru, uroloq-androloq Araz Bayramov ilə məhkəmə prosesi artıq 10 aydır ki, davam edir.

Xəbər verdiyimiz kimi, Bakı Şəhəri Nərimanov rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, iş N 2(005)-3675/2021 qətnaməsindən Apelyasiya şikayəti ilə müvafiq instansiya məhkəməsinə müraciət edilib. Artıq iş üzrə 4 və 11 mart, eləcə də 1, 15 aprel, 6 may 2022-ci tarixlərində 5 məhkəmə iclası keçirilib. 1, 15 aprel tarixlərində keçirilən məhkəmə ilki Güne Gözəlovanən atası Salam Muxtarovun xəstəliyi, sonuncusu vəfatı ilə bağlı iddiaçının müraciətilə təxirə salınıb. 6 may tarixində keçirilən məhkəmədə isə işlə bağlı yeni müqavilə bağladığı vəkili Yusif Seyfəlovun işlə ətraflı tanış olması ilə bağlı məhkəməyə müraciəti səbəbindən, növbəti məhkəmənin 20 may tarixinə təxirə salınması ilə bağlı qərar verilib.

Qeyd edək ki, Apellyasiya şikayətinə müvafiq instansiyada hakim Məmməd Məmmədovun sədrliyi ilə baxılır. Tanınmış telejurnalist Günel Gözəlovanın həyat yoldaşı Anar Gözəlovu əməliyyat edən həkim Araz Bayramova qarşı iddia üzrə ilkin instansiyada məhkəmə prossesi Nərimanov Rayon Məhkəməsində keçirilib. İşlə bağlı Nərimanov Rayon Məhkəməsində zərərçəkənin əlehinə qərar qəbul edən hakim Vüqar Quliyev az keçmədən hakimlikdən azad olunub.

Xatırladaq ki, jurnalistin həyat yoldaşı Anar Gözəlov 2021-cil il fevralın 18-də 6 saata yaxın davam edən böyrək daşı əməliyyatından sonra cərrahiyyə otağından beyinin ikitərəfli insultu, eyni zamanda dünyada ən təhlükəli beyin qanaxması sayılan subarxanoidal qanaxma ilə ayılıb. Bu gün Anar Gözəlova 15 ay sürən müalicədən sonra anlama və nitq (sensor-motor afaziya xəstəsi) qüsurlu olaraq hələ sağlamlığına müəyyən qədər də olsa qovuşmaq üçün müalicə alır. Nevropotoloqların rəyinə görə xəstənin sağlamlığına daim nəzarət olunmasa növbəti insult riski istisna olunmur və sağlamlığının tam bərpası mümkünsüzdür.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    May 2022    »
BeÇaÇşCaCmŞbBz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

VƏTƏNPƏRVƏR.İNFO SOSİAL ŞƏBƏKƏLƏRDƏ