Hall Hazırda oxuduqunuz xəbər
baslik

Tərbiyəçi uşağı bu bağçada döyüb - Fotolar

Tarix: 14-01-2022 / 08:52 | Baxılıb: 45
yazıyı büyüt yazıyı küçült
Tərbiyəçi uşağı bu bağçada döyüb - FotolarSosial şəbəkələrdə uşaq bağçasında körpəyə qarşı şiddət göstərilməsini əks etdirən görüntülər böyük rezonans doğurub.

Xoşagəlməz hadisə bu həftə İsmayıllı rayonu 1 saylı körpələr evi-uşaq bağçasında baş verib.

Sözügedən bağçanın müdiri Abdullayeva Qalibə Əli qızıdır. O, 1989-cu ildən hadisənin baş verdiyi uşağ bağçasına rəhbərlik edir.

Tərbiyəçinin azyaşlının başına zərbə endirməsinə gəlincə, bu, qadının uşağın şəklini çəkdiyi an baş verib. Belə ki, tərbiyəçi göstəriş üçün şəkil çəkmək məqsədilə azyaşlıdan şirniyyatı ağzında tutmasını istəyib. Uşaq da buna əməl etməyincə, tərbiyəçi onun başına zərbə endirib.

Maraqlıdır ki, uşağ bağçasının sosial şəbəkə hesablarında uşaqların ağzında yemək ikən çəkilmiş fotoları kifayət qədərdir. Azyaşlının döyülməsini əks etdirən görüntünün yayılmasından sonra, digər uşaqların da şəkillərinin çəkilməsi zamanı zorakılığa əl atılıb-atılmaması sual yaradır.

Qeyd edək ki, hadisə ilə bağlı həm Təhsil Nazirliyi, həm də Daxili İşlər Nazirliyi araşdırma başladıb.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Yanvar 2022    »
BeÇaÇşCaCmŞbBz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

VƏTƏNPƏRVƏR.İNFO SOSİAL ŞƏBƏKƏLƏRDƏ