Hall Hazırda oxuduqunuz xəbər
baslik

Azərbaycan İstiqlal Muzeyində daha bir vətənpərvərlik tədbiri baş tutdu

Tarix: 03-11-2021 / 15:54 | Baxılıb: 147
yazıyı büyüt yazıyı küçült
Azərbaycan İstiqlal Muzeyində  daha bir vətənpərvərlik tədbiri baş tutduAzərbaycan İstiqlal Muzeyində 44 günlük Vətən Müharibəsi şəhidlərinin xatirəsini yad etmək və vətənpərvərliyin təbliği məqsədi ilə “Qəhrəmanlar Can Verir Yurdu Yaşatmaq üçün” adlı layihə çərçivəsində növbəti tədbir – sərgi 44 günlük Vətən müharibəsinin şəhid futbolçu və futbol fan klubunun üzvlərinə həsr olunub.
Tədbirdə 44 günlük Vətən Müharibəsində Azərbaycan Ordusunun, hərbiçilərinin göstərdikləri qəhrəmanlıq nəticəsində 30 ilə yaxın işğalda qalmış torpaqlarımızın azad olunmasından söhbət açılıb. Ümummilli lider Heydər Əliyevin siaysi xəttinin davamçısı Ali baş komandan cənab Prezident İlham Əliyevin “Dəmir Yumruğunun” ətrafında Azərbaycan xalqı sıx birləşərək vətən həsrətinə son qoydu.
Qeyd edilib ki, Vətən torpaqlarının işğaldan azad olunmasında xidmətlər göstərmiş qəhrəmanlarımıza və onların ailə üzvlərinə diqqət və qayğı daima Azərbaycan Dövlətinin və Prezident cənab İlham Əliyevin nəzərində olmuşdur.
Daha sonra tədbir iştirakçıları “Neftçi” futbol fan klubunun üzvlərindən olan şəhid mayor Rüfət Əsgərov, baş leytenant Teymur Məcidzadə, əsgər Afiq Qulamlı, “Keşlə” futbol fan klubunun üzvü olan Vətən müharibəsinin şəhidi XTQ baş kəşfiyyatçısı İsrayıl Cəfərzadə və “Zirə” futbol komandasının futbolçusu şəhid 19 yaşlı əsgər İlqar Bürcəliyəvə həsr olunan sərgi ilə tanış olublar. Sərgidə şəhidlərimizin həyatının müxtəlif illərinə, xidməti fəaliyyətinə həsr olunan fotoşəkillər və şəxsi əşyaları nümayiş olunub.
Tədbirdə şəhid ailələri, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin əməkdaşları, AFFA-nın, “Forza Neftçi”, “Keşlə” futbol fan klublarının və “Zirə” futbol klubunun əməkdaşları və digər qonaqlar digər qonaqlar iştirak edib.
Azərbaycan İstiqlal Muzeyində təşkil olunan sərgi noyabr ayının 9-una qədər davam edəcək.

Azərbaycan İstiqlal Muzeyində  daha bir vətənpərvərlik tədbiri baş tutdu
Azərbaycan İstiqlal Muzeyində  daha bir vətənpərvərlik tədbiri baş tutdu
Azərbaycan İstiqlal Muzeyində  daha bir vətənpərvərlik tədbiri baş tutdu
Azərbaycan İstiqlal Muzeyində  daha bir vətənpərvərlik tədbiri baş tutdu
Azərbaycan İstiqlal Muzeyində  daha bir vətənpərvərlik tədbiri baş tutdu
Azərbaycan İstiqlal Muzeyində  daha bir vətənpərvərlik tədbiri baş tutdu
Azərbaycan İstiqlal Muzeyində  daha bir vətənpərvərlik tədbiri baş tutdu
Azərbaycan İstiqlal Muzeyində  daha bir vətənpərvərlik tədbiri baş tutdu






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Noyabr 2021    »
BeÇaÇşCaCmŞbBz
1234567
891011121314
15161718192021
22232425262728
2930 

VƏTƏNPƏRVƏR.İNFO SOSİAL ŞƏBƏKƏLƏRDƏ