Hall Hazırda oxuduqunuz xəbər
baslik

Nəcib aksiya keçirildi

Tarix: 29-01-2016 / 23:14 | Baxılıb: 792
yazıyı büyüt yazıyı küçült
Azərbaycan Respublikası "Xocalı Soyqırımını Tanıtma"ictimai birliyi son 3 ildə dövlət və imkanlı şirkətlərdən heç bir maddi yardım almadan bir-birindən maraqlı tədbirlər həyata keçirir. Maddi-texniki bazanın zəif olmasına baxmayaraq, Birliyin bir neçə şəhər və rayon şöbəsi təşkil etdikləri tədbirlərin səviyyəsi ilə insanların rəğbətini qazanıb.Belə şöbələrdən biri də bu Birliyin Gəncə Regional şöbəsidir.7 aydan az müddətdə fəaliyyət göstərən şöbəyə Xocalı rayonunun Kosalar kəndindən məcburi köçkün, II dərəcəli müharibə əlili, "Tərəqqi"medalının mükafatçısı Aqil Məmmdədovdur.Aqil müəllim Azərbaycan Tibb Universitetini bitiruib.İxtisasca stomotoloqdur.
Yanvarın 28-də "Xocalı Soyqırımını Tanıtma"ictimai birliyinin Gəncə Regional şöbəsi və "Şans" Tibb Mərkəzi nəcib təşəbbüslə çıxış edərək Gəncə şəhərindəki Yeni qəsəbə - 2-də əhaliyə pulsuz tibbi müayinə xidməti və imkansız ailələrin oğul övladları üçün sünnət mərasimi təşkil ediblər. Bundan ötrü "Şans"Tibb Mərkəzinin bütün əməkdaşları səfərbər olunub.
"Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin İdarə heyətinin üzvləri və bütün fəalları adından bu nəcib aksiyada iştirak edən ağxalatlı tibb işçilərinə təşəkkür edirəm.Xatırladıram ki, Aqil müəllim Vətən müharibəsi iştirakçısıdır.Məlum Qarabağ savaşı zamanı 3 dəfə yaralanıb. İşlədiyi tibb müəssisəsində şəhid ailələrinə və müharibə əlillərinə pulsuz xidmət göstərir.Nəcib aksiya keçirildi
Nəcib aksiya keçirildi
Nəcib aksiya keçirildi






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Dekabr 2020    »
BeÇaÇşCaCmŞbBz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

VƏTƏNPƏRVƏR.İNFO SOSİAL ŞƏBƏKƏLƏRDƏ