Hall Hazırda oxuduqunuz xəbər
baslik

Səhiyyə Nazirliyi və Nərimanov prokurorluğu jurnalistin sorğularını cavabsız qoyub

Tarix: 18-08-2021 / 23:20 | Baxılıb: 181
yazıyı büyüt yazıyı küçült
Səhiyyə Nazirliyi və Nərimanov prokurorluğu jurnalistin sorğularını cavabsız qoyubXəbər verdiyimiz kimi, tanınmış telejurnalist Günel Gözəlovanın həyat yoldaşı Anar Gözəlov əməliyyat olunarkən həkim səhlənkarlığı nəticəsində ölüm riski ilə üz-üzə qalıb.

Jurnalistin həyat yoldaşı ölüm riskini atlatsa da ciddi problemlər yaşamaqdadır.

Günel Gözəlova həkim Araz Bayramovu məhkəməyə verməklə yanaşı, hüquq-mühafizə orqanlarına da şikayət edib.

Vetenperver.info xəbər verir ki, hadisədən 6 ay sonra gedən proseslə bağlı jurnalist xanım sosial şəbəkə hesabında düşdükləri durumu açıqlayıb.

Həmin qeydləri təqdim edirik:



Bu gün fevralın 18-i başımıza həkim cahilliyi, səriştəsizliyi və insafsızlığı ucbatından gələn hadisədən 6 ay ötür… Məhkəmə prosesini başlayandan bəri izləmisiz, xəbərdarsız. Qeyd edim ki, sonuncu məhkəmədə, yəni iyul ayının 30-u məhkəmədən iş üzrə tibbi ekspertizanın təyin edilməsini, AR Səhiyyə Nazirliyi Pataloji Anatomiya Birliyi və Məhkəmə Tibbi Ekspertiza Birliyinə məsələnin həvalə olunmasını xahiş etdik. Eyni zamandan ekspertin bilə-bilə yalan rəy verərsə cinayət məsuliyyəti barədə xəbərdar edilməsini istədik.

Ekspertiza qarşısında:
1. Gözəlov Anar Yaqub oğlunun 18 fevral 2021-ci il tarixdə əməliyyata alınmazdan öncə onun müayinə nəticələri onu əməliyyat etməyə imkan verirdimi?
2. Xəstə əməliyyata hazırlanan zaman və əməliyyat vaxtı(müayinələr, anesteziya və həcmi) hansı tədbirlər görülüb?
3. Gözəlov Anar Yaqub oğlunda aparılan əməliyyatın müddəti maksimum nə qədər(zaman) davam edə bilərdi?
4. Gözəlov Anar Yaqub oğlunun sağlamlıq durumu və bunun nə vaxt, eləcə də hansı səbəbdən yarandığı müəyyən edilsin.

İddiamız Nərimanov Rayon Məhkəməsindəki 2-ci baxış iclası zamanı, hakim Vüqar Quliyev vəsatətimizi təmin etdi! Bu gün aldığım məlumata görə işə start verilib. AR Səhiyyə Nazirliyinin müvafiq qurumuna və ekspertlərinə güvənirəm və gözləyirəm,

amma…

31 may 2021-ci il tarixində tərəfimdən, məhkəmədən kənar, bir jurnalist, zərəçəkən və çəkməkdə davam edən, ailəsi “həkim” Araz Bayramov tərəfindən tar-mar edilən, karyerasına başına gələnlər ucbatından davam edə bilməyən, azyaşlı övladı aylardır atası gözünün önündə sağ ola-ola atasızlıq yaşaşan bir qız uşağının anası kimi başıma gələnləri ölkəmin rəhbəri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Birinci vitse-prezident, xanım Mehriban Əliyevaya, eyni zamanda daxili işlər naziri Vilayət Eyvazov, AR Baş prokuroru Kamran Əliyev, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyev, səhiyyə nazirinin birinci müavini Teymur Musayevə məktub vasitəsilə çatdırdım. Və məktublara çox operativ münasibət bildirildi, poçt vasitəsilə aldığım cavablara əsassən anladım ki, problem araşdırılması üçün AR Baş Prokurorluğuna göndərilib.
Nəticədə Nərimanov rayon prokurorluğu məsələnin araşdırılması istiqamətində işə başladı, bundansa məndən izahat almaq üçün quruma dəvət olunanda xəbərdar oldum.

Amma və lakin…

1 aydır həm Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, həm Azərbaycan Respublikasının Baş Prokurorluğu, həm də Nərimanov Rayon Prokurorluğundan məhkəmədən kənar aparılan araşdırmanın nə yerdə olduğu ilə bağlı cavab ala bilmirəm. Həmkarlarım, adıçəkilən qurumların mətbuata cavabdeh şəxsləri Parviz Əbubəkirov, Günay Səlimzadə biri-digərini təkzib edən cavablar verir. Baş Prokurorluq araşdırma üçün Səhiyyə Nazirliyinə məktub yolladıqlarını, Səhiyyə Nazirliyi isə almadıqlarını deyir. Eyni zamanda Səhiyyə Nazirliyinin mənlə əlaqə saxlayan əməkdaşı Səkinə xanım ekspertin məzuniyyətdə olduğu üçün cavabın gecikdiyini söyləyir. Beləliklə ölkəmin başçısı, cənab prezident İlham Əliyevin gecikdirmədən araşdırmaya göndərdiyi problemlə bağlı ekspert həkimin istirahətinin bitməsini gözləyirəm. Yoldaşım Anar Gözəlovu şikəst edən Araz Bayramovsa özünü sosial setlərə dollar xərcləməklə PR edir, müştəri yığır və pul qazanır!

Görəsən kimdir müqəssir və biz indiki durumda nə edək?!






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Sentyabr 2021    »
BeÇaÇşCaCmŞbBz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

VƏTƏNPƏRVƏR.İNFO SOSİAL ŞƏBƏKƏLƏRDƏ