Hall Hazırda oxuduqunuz xəbər
baslik

Panturalın 5 milyon manatlıq büdçəyə sahib olan yeni layihəsi bu ilin sonu işıq üzü görəcək

Tarix: 04-06-2021 / 00:40 | Baxılıb: 60
yazıyı büyüt yazıyı küçült
Panturalın 5 milyon manatlıq büdçəyə sahib olan yeni layihəsi bu ilin sonu işıq üzü görəcəkFilm proyekti 2014-cü ildən start götürmüşdür, lakin 2016-cı ildə devalivasiya nəticəsində büdcə kəsrinin yaranması təhlükəsi ortaya çıxdı. 2017-ci ildə çəkilişlərə start verildi amma filmin Rejissorluğunu, baş rol ifaçılığını, montajını və vizual effektlərini qrafik dizayner özü tək başına işlədiyinə görə filmin hazırlanması 2020-ci ilə qədər çəkdi, daha sonra isə pandemiya ilə əlaqədar filmin səsləndirilməsi təxirə salındı. Hazırda filmin səsləndirilmə işləri davam edir. Bu ilin sonlarına kimi film işıq üzü görməlidir. Büdcəsi təxminən 5.000.000 manat civarındadır. Adı hələ ki, açıqlanmasa da ilkin adı “JAFAR” olaraq bilinir. Filmdə Jafar adlı agent və onun gördüyü işlərdən bəhs edilir - film komediya və action janrındadır.
Pantural: Tural Səfərov Azərbaycanın professional qrafik dizayneri kimi dünyada tanınır.
Hər hansı bir məlumatı müəyyən bir hədəf kütləsinə çatdırmaq məqsədilə fotoqrafiya və illustrasiyadan istifadə edərək qısa metrajlı filmi, kino film kimi dizaynları bədii ölçülər daxilində yazılı və vizual elementlərlə dizayn edən qrafik dizayner mütəxəssisi pantural ləqəbli Tural Səfərov kimdir?

Tural Səfərov 1985-ci il fevral ayının 28-ində Bakı şəhərində anadan olmuşdur, əslən Quba rayonundandır.
Məşhur "KOMA" filminin müəllifi, kinorejissor, qrafik dizayner, vizual effektlər mütəxəssisinin aktyor kimi fəaliyyəti olsa da, əsasən VFX Supervisor kimi çalışır. Orta məktəbi bitirdikdən sonra Qərbi Rusiya Humanitar universitetinin Azərbaycandakı filialına daxil olur və hüquqşünaslıq diplomuna yiyələnir. 2003-cü ildə isə öz istəyi ilə əyani təhsildən qiyabi təhsilə keçid alaraq hərbi xidmətə yollanmışdır. 2005-ci ildə hərbi xidməti bitirdikdən sonra ssenarisi və montajı özünə məxsus “KOMA” adlı film çəkmişdir. Həmən filmdə baş rolun ifaçısı da özü olmuşdur. 2011-ci ildə Gilan Holding-in tərkibində Fantasy pictures mmc şirkətinin direktoru vəzifəsində çalışır.
İncəsənət sahəsinə tam uşaqlıqdan həvəs göstərmişdir. Məktəb və hərbi xidmətdə olduğu müddətcə rəssam kimi fəaliyyət göstərmişdir. İlk dəfə 3ds Max programı ilə 2005-ci ildə tanış olub və 2 ay içində internet və ya müəllimlərdən istifadə etməyərək programı özü mənimsəmişdir. Həyatdakı məqsədi mövcudsuzluğu axtarıb tapmaqdır.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    İyun 2021    »
BeÇaÇşCaCmŞbBz
 123456
78910111213
14151617181920
21222324252627
282930 

VƏTƏNPƏRVƏR.İNFO SOSİAL ŞƏBƏKƏLƏRDƏ