Hall Hazırda oxuduqunuz xəbər
baslik

cərrah–oftalmoloq Günay Əliyeva

Tarix: 02-01-2021 / 23:33 | Baxılıb: 624
yazıyı büyüt yazıyı küçült
cərrah–oftalmoloq Günay Əliyeva Günay Əliyeva: "Həkimlik hər zaman ən şərəfli, ən nüfuzlu peşələrdən biri olub.

Tibbin göz xəstəliklərinin diaqnostika, müalicə və profilaktikası ilə məşğul olan həkim, kimdir?

Günay Əliyeva 1983-cü ildə Bakı şəhərində anadan olub.
2000-ci ildə Bakı şəhəri 43 saylı "Bağça-Məktəb-Lisey" kompleksini fərqlənmə ilə bitirərək elə həmin il yüksək nəticə ilə Azərbaycan Tibb Universitetinin Müalicə-Profilaktika fakültəsinə qəbul olunur.
2006-2007-ci illərdə Tibb universitetinin Oftalmologiya kafedrasında internatura keçir.
2008-2010-ci illərdə "Xəzər Qayğikeşlik Lahiyəsi" humanitar göz klinikasinda oftalmoloq vəzifəsində çalışır.
Təhsil və təcrübəni (Fellowship) Ümumdünya Səhiyyə Təşkilatının nəzdində olan L.V.Prasad, Uma göz mərkəzi və Kocaeli universitenin göz mərkəzində keçir.
Türkiyə Oftalmoloqlar Assosiasiyasının həqiqi üzvüdür. İş təcrübəsini Amerika Oftalmoloqlar Akademiyasında (AAO) və Los-Anceles Kaliforniya Universitetində keçib.
Dr. Əliyevanın oftalmoloq-cərrah kimi uğurlu fəaliyyətinin əsas göstəricilərindən biri yerli tibb kadrlarının yetişdirilməsi, bilik və təcrübələrinin artırılması üçün konfransların, seminarların və treninqlərin təşkilini qarşısına qoymasıdır, eyni zamanda bir çox elmi məqalələrin müəllifi kimi tanınır.
Günay Əliyeva akademik Zərifə xanım Əliyevanın özündən sitat gətirərək bildirib ki, “Əsl həkim yalnız o şəxsdir ki, xəstənin əzablarını öz əzabları bilir və onun üçün sağalıb evinə-eşiyinə qayıtmış insanın təbəssümü ən yüksək mükafatıdır. Buna görə də hər dəfə xəstələri qəbul edəndə, onlarla söhbət aparanda həkim həm xəstə qarşısında, həm də cəmiyyət qarşısında, ən başlıcası isə öz vicdanı qarşısında mənəvi məsuliyyət hiss edir. Vicdan əsas hakimimizdir . Ən çətin məqamda və ən xoş saatımızda o bizimlə üz-üzə dayanıb soruşacaq: “Sənin ağ xalat geyinməyə haqqın varmı?” Onilliklər boyu təkcə biliklərini deyil, həm də ürəyinin hərarətini öz əllərinlə insanlara çatdırmalısan”.»






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    İyun 2021    »
BeÇaÇşCaCmŞbBz
 123456
78910111213
14151617181920
21222324252627
282930 

VƏTƏNPƏRVƏR.İNFO SOSİAL ŞƏBƏKƏLƏRDƏ