"Azercell Telekom"un şəbəkə texnologiya departamentinin planlama və optimallaşdırma bölümünün rəhbəri Ülvi Qardaşovun sözlərinə görə Qarabağda bu işi həyata keçirmək illərdir arzusu olub.O, qələbə gününün yaxında olacağına inanıb.
“Aprel döyüşlərində və Tovuz hadisələrində borcumuz o idi ki, şəbəkə kəsintisi olmasın. Nəhayət sentyabrın 27-i gəldi... Biz başa düşdük ki, proses dayanmayacaq, gedəcək. Hamımız yığışdıq bir iclas elədik. Bütün planlarımızı üzə çıxartdıq. Hərənin öz vəzifəsi var idi. Hər dəfə xeyir xəbər gəldikdə sevinirdik ki, Azercell olaraq biz də irəlliyəcəyik. Birinci zəng olduqdan sonra ezam olunduq bölgələrə. Orta hesabla 100 nəfər işçi var idi. Qaranlıq, işıqsız, soyuq bir şəraitdə alışqanın işığı ilə iş gedirdi. Sıldırım qayadan, divardan bizim işçilər Şuşaya qalxdılar”, – deyə Ülvi Qaraşov bildirib.
Qeyd edək ki, Şuşada yeni bir stansiya da quraşdırılıb. Onun adı “Şuşa”dır. O tam Şuşanın mərkəzində yerləşir.