Hall Hazırda oxuduqunuz xəbər
baslik

“Azərbaycan bu “virus”u koronavirusdan əvvəl məğlub edəcək”

Tarix: 01-11-2020 / 10:06 | Baxılıb: 260
yazıyı büyüt yazıyı küçült
“Azərbaycan bu “virus”u koronavirusdan əvvəl məğlub edəcək”Azərbaycan Səhiyyə nazirinin müavini Elsevər Ağayev Türk Şurası Sağlamlıq Elmi Heyətinin İstanbulda keçirilən dördüncü toplantısında iştirak edib.

"Vetenperver.info" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Elsevər Ağayev tədbir zamanı çıxışında Azərbaycanın pandemiya ilə mübarizədə ilk gündən ÜST ilə səmərəli əməkdaşlıq etdiyini bildirib.

Ağayev bildirib ki, bugünkü iclasın məqsədi milli səviyyədə atılan addımlar barədə təcrübə mübadiləsi aparmaq, lazım gəldikdə bir-birimizə dəstək olmaq və fövqəladə vəziyyətdə olan ölkələr arasında əməkdaşlığı gücləndirməkdir.

Ermənistanın hücumlarına vurğu edən Ağayev, dünyanın koronavirusla mübarizə apardığı bir dövrdə Azərbaycanın da "digər viruslarla" mübarizə apardığını bildirib. "Düşünürəm ki, Azərbaycan bu virusu koronavirusdan əvvəl məğlub edəcək",-deyə Ağayev qeyd edib.


“Azərbaycan bu “virus”u koronavirusdan əvvəl məğlub edəcək”
“Azərbaycan bu “virus”u koronavirusdan əvvəl məğlub edəcək”
“Azərbaycan bu “virus”u koronavirusdan əvvəl məğlub edəcək”
“Azərbaycan bu “virus”u koronavirusdan əvvəl məğlub edəcək”






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Dekabr 2020    »
BeÇaÇşCaCmŞbBz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

VƏTƏNPƏRVƏR.İNFO SOSİAL ŞƏBƏKƏLƏRDƏ