Hall Hazırda oxuduqunuz xəbər
baslik

Mustafa Nəsirovun xatirə lövhəsi açılıb

Tarix: 01-09-2020 / 15:01 | Baxılıb: 107
yazıyı büyüt yazıyı küçült
Mustafa Nəsirovun xatirə lövhəsi açılıbDərbənddə general Mustafa Cəfər oğlu Nəsirovun xatirə lövhəsinin təntənəli açılış mərasimi olub.

AZƏRTAC xəbər verir ki, xatirə lövhəsi generalın adını daşıyan küçədə onun yaxın qohumlarının evinin divarında quraşdırılıb.

Dərbənd Şəhər Administrasiyasının Mədəniyyət, İdman, Gənclər Siyasəti və Turizm İdarəsi tərəfindən təşkil olunmuş tədbirdə şəhər Administrasiyası rəhbərinin müavini Vidadi Zeynalov, Dərbənd Rayonu İctimai Palatasının sədri Fətulla Fətullayev, generalın qardaşı oğlu Cəfər Nəsirov, “Dərbənd Şəhəri Ensiklopediyası” kitabının müəllifi Hüseynbala Hüseynov və başqaları çıxış ediblər.

Xatırladaq ki, Mustafa Nəsirov (1921-2012) Azərbaycanın ilk sərhədçi generalıdır. Böyük Vətən müharibəsi veteranı, Azərbaycanın Sərhəd Qoşunlarının general-mayoru Mustafa Nəsirovun xidmətləri ulu öndər Heydər Əliyev tərəfindən yüksək qiymətləndirilib. Prezident İlham Əliyev anadan olmasının 90 illik yubileyi münasibətilə Mustafa Nəsirovu “Şöhrət” ordeni ilə təltif edib.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Oktyabr 2020    »
BeÇaÇşCaCmŞbBz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

VƏTƏNPƏRVƏR.İNFO SOSİAL ŞƏBƏKƏLƏRDƏ