Hall Hazırda oxuduqunuz xəbər
baslik

Ser Filip Kreven Bakıya gəlir

Tarix: 28-01-2016 / 23:15 | Baxılıb: 1 092
yazıyı büyüt yazıyı küçült
Ser Filip Kreven Bakıya gəlirVetenperver.info Milli Paralimpiya Komitəsinin rəsmi saytına istinadən xəbər verir ki, Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Ser Filip Kreven Komitənin 20 illik yubileyi tədbirlərində iştirak etmək üçün 7-10 fevral tarixlərində Bakıda səfərdə olacaqdır. Onu Beynəlxalq paralimpiya hərəkatının 7 nəfər görkəmli şəxslərindən biri, Paralimpik Ordeninin mükafatçısı, Böyük Britaniya Paralimpiya Assosiyasiyasının fəxri vitse prezidenti Entoni Seynsburi müşayət edecekdir. Səfər müddətində Ser F. Kreven yubiley tədbirlərində iştirak etməklə yanaşı, bir sıra rəsmi görüşlər keçırəcəkdir. O, Milli Paralimpiya Komitəsinin və Uşaq Paralimpiya Komitəsinin idmançıları və məşqçi heyəti ilə də görüşəcəkdir.
Qeyd edək ki, Ser Filip Kreven 2001-ci ildən Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti, 2003-cü ildən Beynəlxalq Olimpiya Komitəsinin üzvü və Benəlxalq "Ədalətli Oyunlar" Komitəsinin administrativ üzvüdür. O, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallıqlarının fəxri cəngavər-bakalavrıdır.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Avqust 2022    »
BeÇaÇşCaCmŞbBz
1234567
891011121314
15161718192021
22232425262728
293031 

VƏTƏNPƏRVƏR.İNFO SOSİAL ŞƏBƏKƏLƏRDƏ