Hall Hazırda oxuduqunuz xəbər
baslik

ANİİA daha bir layihəni uğurla həyata keçirib

Tarix: 27-08-2020 / 23:56 | Baxılıb: 104
yazıyı büyüt yazıyı küçült
ANİİA daha bir layihəni uğurla həyata keçiribAzərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası (ANİİA) respublikamızın 5 rayonunda “Narçı Fermerlərin Mövsümi Gübrə və Dərmanlarla Təmin Edilməsi“ layihəsini uğurla həyata keçirib.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası (ANİİA) respublikamızın 5 rayonunda “Narçı Fermerlərin Mövsümi Gübrə və Dərmanlarla Təmin Edilməsi“ layihəsini uğurla həyata keçirib. Layihə çərçivəsində, pandemiya dövründə fermerlərə dəstək məqsədi ilə, Kürdəmir, Ucar, Göyçay, Saatlı və Sabirabad rayonlarında 50 nəfər narçı fermerə iyul-avqust ayları ərzində mövsümi prafilaktik tədbirlərin görülməsi üçün 4 adda dərman preparatları (medeya, faskord, yunona və imidor) hədiyyə edilib.

ANİİA daha bir layihəni uğurla həyata keçiribAssosiasiyanın aparıcı aqronomu həmin preparatlardan düzgün istifadə qaydalarını fermerlərə ətraflı izah etdi. Eyni zamanda, hər bir narçı fermer onları narahat edən problemlərini aqronomla bölüşərək faydalı məsləhətlər almağa çalışdılar. Bəlli oldu ki, narçıların əksəriyyəti məsləhət xidmətlərinə böyük ehtiyac duyurlar. Belə ki, onlar nar bitkisinə tacdan və yan tərəfdən qurdların daxil olması kimi problemlərlə, eləcə də narın yarpağına və özünə düşən ləkələrlə bağlı təkbaşına mübarizə apara bilmirlər və onlara verilən dərmanlar çox vaxt təsirsiz olur. Eyni zamanda,onlar bu il yaşanan kəskin quraqlığın nar bağlarının vaxtında suvarılmamasına və nəticədə mövsüm vaxtı məhsuldarlığın aşağı düşməsinə səbəb olacağına görə narahat olduqlarını da diqqətə çatdırdılar. Fermerlər həmçinin növbəti mövsüm üçün nar bağlarına mütərəqqi aqro-texniki qulluq mövzusunda təlimlərdə iştirak etməkdə maraqlı olduqlarını dilə də gətirdilər. Dərman preparatlarının paylanıldığı 5 rayonda hər bir fermer ayrı-ayrılıqda bu preparatların onlara pulsuz şəkildə təqdim edilməsinə görə QHT-lərə Dövlət Dəstəyi Şurasına və Kənd Təsərrüfatı Nazirliyinə minnətdarlıqlarını bildirdilər və su ilə bağlı problemlərə baxmayaraq, dərmanların tətbiqi nəticəsində bu mövsümdə daha keyfiyyətli məhsul əldə edəcəklərinə və bazarda daha sərfəli qiymətə satılacağına ümidvar olduqlarını söylədilər.

ANİİA daha bir layihəni uğurla həyata keçirib
ANİİA daha bir layihəni uğurla həyata keçirib






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Oktyabr 2020    »
BeÇaÇşCaCmŞbBz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

VƏTƏNPƏRVƏR.İNFO SOSİAL ŞƏBƏKƏLƏRDƏ