Hall Hazırda oxuduqunuz xəbər
baslik

400 minlik toy edən cütlük ayrılır

Tarix: 09-08-2020 / 16:21 | Baxılıb: 118
yazıyı büyüt yazıyı küçült
400 minlik toy edən cütlük ayrılır400 min manatlıq toy etməsi ilə gündəmə gələn tanınmış bloger Aysel Şükürova ikinci dəfə boşanır.

Qafqazinfo-nun verdiyi xəbərə görə, A.Şükürova əri Oqtay Əhmədovdan ayrılıb və artıq rəsmi boşanma üçün məhkəməyə müraciət edib.

O, “Instagram”dakı 1,1 milyonluq profilindən əri ilə birgə olan bütün fotolarını silib.

Qeyd edək ki, A.Şükürova Bakı Lifttəmir İstehsalat Birliyinin keçmiş rəhbəri Qüdrət Şükürovun qızıdır. Q.Şükürov haqda 2018-ci ildə külli miqdarda pul mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə cinayət işi başlanılıb.

Xatırladaq ki, blogerin birinci həyat yoldaşı Elşən Əsgərli ilə Nərimanov məhkəməsində çəkişmələri olmuşdu. İttihama görə, Elşən Əsgərli Oqtayı döymüşdü.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Oktyabr 2020    »
BeÇaÇşCaCmŞbBz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

VƏTƏNPƏRVƏR.İNFO SOSİAL ŞƏBƏKƏLƏRDƏ