Hall Hazırda oxuduqunuz xəbər
baslik

96 yaşlı anasına yas mərasimi vermək istədi

Tarix: 04-07-2020 / 20:53 | Baxılıb: 141
yazıyı büyüt yazıyı küçült
96 yaşlı anasına yas mərasimi vermək istədiİyulun 4-də Samux Rayon Polis Şöbəsinə rayonun Kolayır kəndində yas mərasiminin keçirilməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, polis əməkdaşları dərhal həmin kəndə gələrək, yas mərasimini başlamadan dayandırıb. Mərasimi təşkil edən şəxslər saxlanılaraq polis şöbəsinə gətirilib.

Araşdırmalarla məlum olub ki, rayonun Kolayır kənd sakini Xaliqə Hüseynova iyul ayının 2-də vəfat edən 96 yaşlı anası Həmidə Zeynalovanın “3 mərasimi” üçün həyətində çadır quraraq ehsan vermək istəyib. Bu işdə X.Hüseynovaya həyat yoldaşı İkram Abbasov, qohumları Vüsal və Cehun Hüseynovlar kömək edib.

Saxlanılan şəxslər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Oktyabr 2020    »
BeÇaÇşCaCmŞbBz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

VƏTƏNPƏRVƏR.İNFO SOSİAL ŞƏBƏKƏLƏRDƏ