Hall Hazırda oxuduqunuz xəbər
baslik

Bəhram Bağırzadənin vəziyyəti ilə bağlı AÇIQLAMA

Tarix: 28-06-2020 / 12:23 | Baxılıb: 70
yazıyı büyüt yazıyı küçült
Bəhram Bağırzadənin vəziyyəti ilə bağlı AÇIQLAMA"Bəhram Bağırzadənin ümumi vəziyyətində az da olsa müsbət irəliləyişlər var".

Bunu Oxu.az-a açıqlamasında COVID-19-a yoluxmuş Əməkdar artist Bəhram Bağırzadənin müalicə olunduğu Mərkəzi Gömrük Hospitalının Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov deyib.

O bildirib ki, kiçik də olda bu dəyişikliklər ümid verir: "Bəhram Bağırzadənin vəziyyətində hər gün az da olsa, müsbət tərəfə dəyişiklik müşahidə edirik. Amma hələ yolumuz çox uzundur. Müalicəsi ciddi şəkildə davam etdirilir".

Xatırladaq ki, Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadə koronavirus infeksiyasına yoluxub. O, vəziyyətinin kəskin pisləşməsi səbəbindən iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Ağciyər toxumasının 90 faizindən çoxunun zədələnməsi səbəbindən həkimlər onun ECMO cihazına qoşulmasına qərar verib.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Avqust 2020    »
BeÇaÇşCaCmŞbBz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

VƏTƏNPƏRVƏR.İNFO SOSİAL ŞƏBƏKƏLƏRDƏ