Hall Hazırda oxuduqunuz xəbər
baslik

XİN-dən reaksiya: Lavrovun təklifləri var

Tarix: 26-01-2016 / 23:33 | Baxılıb: 779
yazıyı büyüt yazıyı küçült
XİN-dən reaksiya: Lavrovun təklifləri varAzVision.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Hacıyev qeyd edib ki, yenilənmiş Madrid prinsiplərinin həyata keçirilməsi üçün irəli sürülən ideyalar arasında Rusiyanın xarici işlər naziri Sergey Lavrovun da təklifləri vardır.

Bildirilib ki, bu təkliflərin müzakirəsi üçün S.Lavrov Azərbaycana və Ermənistana səfərlər edib, hər iki ölkənin Prezidentləri və xarici işlər nazirləri ilə müzakirələr aparıb.

Hacıyevin sözlərinə görə, bu xüsusda, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da Moskvaya səfər edib.

Rusiyanın xarici işlər naziri bu gün Moskvada mətbuat konfransı zamanı münaqişə ilə bağlı sənədlərin ATƏT-in baş katibinə verildiyini və münaqişənin həlli ilə əlaqədar digər sənədlərin olmadığını bildirib.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Noyabr 2021    »
BeÇaÇşCaCmŞbBz
1234567
891011121314
15161718192021
22232425262728
2930 

VƏTƏNPƏRVƏR.İNFO SOSİAL ŞƏBƏKƏLƏRDƏ