Hall Hazırda oxuduqunuz xəbər
baslik

BNA və Bakı şəhər Baş Polis İdarəsi birgə tədbirlərə başlayıb

Tarix: 26-05-2020 / 14:15 | Baxılıb: 124
yazıyı büyüt yazıyı küçült
BNA və Bakı şəhər Baş Polis İdarəsi birgə tədbirlərə başlayıbVətəndaşların koronavirus infeksiyasının profilaktikasına dair qaydalara riayət etməsi üçün Bakı Nəqliyyat Agentliyi və Bakı şəhər Baş Polis İdarəsi birgə tədbirlərə başlayıb.

BNA-dan verilən məlumata görə, bu çərçivədə ilk tədbir “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində keçirilib. Yerli polis orqanının əməkdaşları və Nəqliyyat könüllüləri maskadan istifadə etməyən vətəndaşlara tibbi maskalar paylayıb, maarifləndirici söhbətlər aparıb və sanitar rejimin tələblərini izah ediblər. İnsanlarla təmas zamanı iki metrlik məsafənin qorunması və tibbi maskalardan istifadənin zəruri olduğu onların diqqətinə çatdırılıb.

Bildirilib ki, pandemiya dövründə sərnişinlərin Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində, dayanacaqlarda, avtobuslarda qoruyucu maskalardan istifadəsi və sosial məsafəni gözləməsi mütləqdir. Analoji tədbir mütəmadi olaraq insanların daha çox istifadə etdiyi avtobus dayanacaqları və digər ərazilərdə də keçiriləcək.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Oktyabr 2020    »
BeÇaÇşCaCmŞbBz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

VƏTƏNPƏRVƏR.İNFO SOSİAL ŞƏBƏKƏLƏRDƏ