Hall Hazırda oxuduqunuz xəbər
baslik

İmişlidə koronavirusla bağlı qabaqlayıcı tədbirlər gücləndirilib

Tarix: 26-05-2020 / 00:49 | Baxılıb: 240
yazıyı büyüt yazıyı küçült
Kürdəmirdə koronavirusa yoluxan xəstələr İmişli rayon Mərkəzi Xəstəxanasına gətirilir. Səhiyyə ocağı regional olduğuna görə ətraf rayonlarda test nəticəsi pozitiv olan şəxslərin müalicəsi burada aparılır. Daha çox xəstə isə Kürdəmir və Ağcabədi rayonlarından gətirilir. Bu günədək İmişli rayon Mərkəzi Xəstəxanasına 139 xəstə daxil olub. Onlardan 58-i müalicə olunaraq sağalıb, 1-i dünyasını dəyişib, 3-ü isə digər xəstəxanalara göndərilib. Hal-hazırda xəstəxanada 77 nəfərin müalicəsi davam etdirilir.

İmişli də isə cəmi 3 nəfərdə yoluxma qeydə alınıb. Onlardan 1 nəfər sağalıb, 2 nəfərin isə müalicəsi davam etdirilir.

Rayon üzrə yoluxma göstəricisi yüksək olmasa da, regional karantin mərkəzi sayılan İmişliyə gediş-gəlişin çox olması nəzərə alınaraq qabaqlayıcı tədbirlər davam etdirilir. Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə İmişli rayonu ərazisində sanitar-təmizlik, tibbi-profilaktik və dezinfeksiya işləri görülür. Rayon ərazisində koronavirus pandemiyasının yarada biləcəyi təhlükəni aradan qaldırmaq üçün qabaqlayıcı profilaktik tədbirlər ciddi şəkildə həyata keçirilir.

İmişlidə koronavirusla bağlı qabaqlayıcı tədbirlər gücləndirilib
İmişlidə koronavirusla bağlı qabaqlayıcı tədbirlər gücləndirilib
İmişlidə koronavirusla bağlı qabaqlayıcı tədbirlər gücləndirilib







Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Oktyabr 2020    »
BeÇaÇşCaCmŞbBz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

VƏTƏNPƏRVƏR.İNFO SOSİAL ŞƏBƏKƏLƏRDƏ