
Xatırladaq ki, paralimpiyaçılar öz yubileylərinə qeyri-adi şəkildə start veriblər. Belə ki, ötən ilin oktyabr ayının 14-də Rusiyanın Soçi şəhərindəki "Skypark" əyləncə mərkəzində ilk yubiley tədbiri keçirilib. Həmin tədbirdə Milli Paralimpiya Komitəsinin birinci vitse prezidenti Natiq Qasımov, Komitənin şöbə müdiri Kamal Məmmədov və Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının nümayəndəsi, Rusiya Xarici işlər nazirliyinin Diplomatik Akademiyasının tələbəsi Dünya Dadaşova iştirak edib.
Milli Paralimpiya komitəsindən verilən məlumata görə 9 fevral tarixində keçiriləcək mərasimdə komitənin 20 illik inkişaf tarixini əks etdirən filmin təqdimatı da olacaq.
Qeyd edək ki, Azərbaycan Milli Paralimpiya Komitəsi 9 fevral 1996-cı ildə təsis olunub. Yarandığı gündən komitəyə İlqar Rəhimov rəhbərlik edir.







