Hall Hazırda oxuduqunuz xəbər
baslik

Əbülfəs Qarayev İSESKO-nun baş direktoru ilə görüşüb

Tarix: 18-11-2019 / 17:02 | Baxılıb: 94
yazıyı büyüt yazıyı küçült
Əbülfəs Qarayev İSESKO-nun baş direktoru ilə görüşübMədəniyyət naziri Əbülfəs Qarayev UNESKO-ya üzv ölkələrin Mədəniyyət nazirlərinin Forumunda iştirak məqsədilə Fransanın Paris şəhərində səfərdədir. Səfər çərçivəsində Əbülfəs Qarayev İSESKO-nun baş direktoru Dr. Salim bin Məhəmməd Əl-Malik ilə görüş keçirib.



Vətənpərvər.infi xəbər verir ki, Görüşdə Azərbaycan-İSESKO əlaqələri, əməkdaşlığın hazırkı vəziyyəti və gələcək perspektivləri müzakirə edilmişdir.



Nazir Əbülfəs Qarayev təşkilatın baş direktorunu vəzifəyə təyin edilməsi münasibətilə təbrik edərək görüşün baş direktorun vəzifəyə təyin edildikdən sonra ilk görüş olduğunu bildirmiş və bu görüşlərin davamlı olacağına inamını ifadə etmişdir. Nazir, həmçinin ötən dövr ərzində Azərbaycan-İSESKO əlaqələrinin inkişafı barədə qısa məlumat vermiş və bildirmişdir ki, bu əməkdaşlığın inkişafında Azərbaycanın Birinci Vitse-Prezidenti, İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın və şəxsən Prezident cənab İlham Əliyevin böyük töhfələri olmuşdur. Ötən dövr ərzində Azərbaycan İSESKO ilə çoxsaylı beynəlxalq layihələr həyata keçirmiş, 2009-cu ildə Bakı, 2018-ci ildə isə Naxçıvan şəhərləri İslam Mədəniyyətinin Paytaxtı seçilmiş, 2009-cu ildə Bakıda İslam ölkələrinin Mədəniyyət Nazirlərinin Toplantısı, 2015-ci ildə İSESKO-nun 12-ci Baş Konfransı və İcraiyyə Şurasının 36-cı iclası keçirilmişdir. Bununla yanaşı, təşkilatla digər sahələrdə də layihələr və tədbirlər həyata keçirilmişdir. İSESKO ölkə başçısının qlobal təşəbbüsü olan və hazırda BMT tərəfindən qəbul olunan “Bakı Prosesi”-nin əsas tərəfdaşlarındandır və bu təşəbbüs çərçivəsində 2011-ci ildən təşkil edilən 5 Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumlarında rəsmi tərəfdaş qismində iştirak edib.



Nazir Azərbaycan-İSESKO əlaqələrinin yüksək səviyyədə olduğunu bildirmiş və yeni mərhələdə də bu əlaqələrin davamlı olaraq inkişaf edəcəyinə inamını ifadə edib.



İSESKO-nun baş direktoru nazir Əbülfəs Qarayevə təşəkkür edərək əlaqələrin bundan sonra da inkişaf edəcəyinə və özündə yeni elementləri ehtiva edəcəyinə əmin olduğunu bildirmiş, həmçinin əlaqələrin inkişafında ölkə rəhbərliyinin rolunu yüksək qiymətləndirdiyini qeyd etmişdir. O, həmçinin İSESKO-da aparılan islahatlar və bir çox layihələr barədə məlumat vermiş və qeyd etmişdir ki, bu gün İSESKO və UNESKO arasında 5 layihənin həyata keçirilməsi ilə bağlı sənəd imzalanacaqdır. Bu layihələrin həyata keçirilməsi ilə bağlı digər beynəlxalq qurumlarla da iş aparılır.



Əbülfəs Qarayev İSESKO-da aparılan islahatları təqdir etdiyini bildirmişdir. Nazir Bakı şəhərinin UNESKO tərəfindən “Yaradıcı şəhər” elan edilməsi barədə məlumat verərək gələcəkdə İSESKO çərçivəsində də bənzər layihələrin həyata keçirilə biləcəyini qeyd etmişdir. O, həmçinin İSESKO çərçivəsində irsin qorunması ilə bağlı layihə həyata keçirilə biləcəyini və bu layihə vasitəsilə İslam dünyasında mədəni irsin qorunmasına töhfə verilə biləcəyini diqqətə çatdırıb.



Yekunda nazir İSESKO-nun baş direktorunu Azərbaycana dəvət edib.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Dekabr 2019    »
BeÇaÇşCaCmŞbBz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

VƏTƏNPƏRVƏR.İNFO SOSİAL ŞƏBƏKƏLƏRDƏ