Hall Hazırda oxuduqunuz xəbər
baslik

Bakıda növbəti avtobus qəzası

Tarix: 05-11-2019 / 12:41 | Baxılıb: 40
yazıyı büyüt yazıyı küçült
Bakıda növbəti avtobus qəzasıDünən Nizami rayonu, 8-ci kilometr bazarının yanında iki marşrut avtobusu toqquşub.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, bu barədə məlumat Təcili Tibbi Yardıma, saat 22:20 də daxil olub. Hadisə yerinə 5 briqada yollanıb. Ümumilikdə 8 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan 4-ü kişi, 4-ü qadındır. 1 qadın burun sümüyünün sınığı diaqnozu ilə Kliniki Tibbi Mərkəzə, digər 7 nəfər 3 saylı şəhər xəstəxanasına çatdırılıblar.

3 saylı şəhər xəstəxanasının baş həkiminin verdiyi məlumata görə, qəza ilə əlaqədar xəstəxanaya çatdırılanlara lazımı tibbi yardım göstərildikdən sonra onlar ambulator müalicəyə buraxılıblar. Həmçinin, Kliniki Tibbi Mərkəzə çatdırılan 21 yaşlı qız da göstərilən tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Noyabr 2019    »
BeÇaÇşCaCmŞbBz
 123
45678910
11121314151617
18192021222324
252627282930 

VƏTƏNPƏRVƏR.İNFO SOSİAL ŞƏBƏKƏLƏRDƏ