Hall Hazırda oxuduqunuz xəbər
baslik

Fidan Əliheydərin yeni kitabı işıq üzü görüb

Tarix: 04-11-2019 / 17:55 | Baxılıb: 574
yazıyı büyüt yazıyı küçült
Fidan Əliheydərin yeni kitabı işıq üzü görübGənc jurnalist Fidan Əliheydərin yeni kitabı işıq üzü görüb. İstedadlı yazarın "Dəyiş!" adlanan ilk kitabı motivasiya xarakterlidir və Azərbaycanda mənəvi inkişaf kitabı olaraq ilk nəşrlərdən hesab olunur. Bu baxımdan kitabda müəllifin oxucularına müəyyən mesajlar verməsi təsadüfi deyil. Belə ki, Fidan Əliheydər oxuculara hər bir insanın həyatını istədiyi istiqamətdə dəyişməyin mümkün olduğunu bildirib. Bunun üçün isə insanın düşüncəsinə müəyyən mənada dəyişiklik etməsi, onu narahat edən buxovları qırması və özünü mənəvi baxımdan inkişaf etdirməsi kifayət edir: "Fikirləşirəm ki, Azərbaycanda mənəvi inkişaf kitablarına çox ehtiyac var.
Çünki bizdə belə kitablar xarici yazıçıların nəşrlərindən tərcümə olunanlardır. Bu da təssüf ki, bir çox halarda mükəmməl səviyyədə olmur və oxucular üçün qəliz ifadə edilir. İndiyə qədər araşdırdığım, oxuduğum, nəticəyə gəldiyim, təcrübədən keçirdiyim, mənəvi inkişafa dair hər şeyi cəmləşdirib bu kitabda toplamışam. Kitab onu göstərir ki, hər bir insan düşüncəsi ilə həyatı yenidən yarada bilər və istədiyi hər şeyi əldə edə bilər".
Həmçinin, motivasiya xarakterli kitabda insanın inkişafının qarşısını ala bilən bütün streotiplərin sındırılmasına dair məsləhətlər verilir. Odur ki, özünü dəyişmək istəyən hər kəs "Dəyiş!"i oxumaqla dəyişə bilər. Kitabın təqdimat mərasimində tanınmış jurnalistlər və televiziya nümayəndələri iştirak ediblər. Həmçinin, təqdimat maraqlı məqamlarla diqqət çəkib. Belə ki, standartlardan kənar qeyd olunan mərasim musiqi nömrələri, maraqlı çıxışlar və müəllifin ifaları ilə yadda qalıb.

Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Noyabr 2019    »
BeÇaÇşCaCmŞbBz
 123
45678910
11121314151617
18192021222324
252627282930 

VƏTƏNPƏRVƏR.İNFO SOSİAL ŞƏBƏKƏLƏRDƏ