Hall Hazırda oxuduqunuz xəbər
baslik

“Azərpoçt”dan əhaliyə xəbərdarlıq

Tarix: 04-11-2019 / 17:58 | Baxılıb: 191
yazıyı büyüt yazıyı küçült
“Azərpoçt”dan əhaliyə xəbərdarlıqSon zamanlar “Azərpoçt” MMC-nin loqosu ilə qurumun adından vətəndaşların mobil telefonlarına saxta mesajlar daxil olur.

Mesajların mövzusu təxminən belədir: “Təbriklər, Azərpoçt istifadəçiləri. Daxil olduğunuz üçün təşəkkür edirik! Yeni Samsung Galaxy 10 cihazını qazanmaq üçün sizə daha bir şans veririk. Tək edəcəyiniz düzgün hədiyyə qutusunu seçməkdir”.

Azərpoçt MMC-dən verilən məlumata görə Mesajda yazılanları icra edən vətəndaşlardan bank kartının nömrəsi tələb olunur. Müəyyən məbləğ ödədikdən sonra hədiyyəsini ala biləcəyi qeyd edilir. Beləliklə, mesajda yazılanlara aldanan vətəndaşların bank kartlarında olan hesablarındakı vəsait mənimsənilir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Xidməti bu cür hallarla rastlaşan vətəndaşların nəzərinə çatdırır ki, internetdən istifadə zamanı veb brauzeriniz sizi başqa bir sayta yönləndirirsə, bu, o deməkdir ki, sizin mobil qurğu və ya kompüter zərərli proqramla (adware) yoluxub. Bu halda telefonunuza həmin saytdan arzuolunmaz “pop-up” reklamlar gəlir, eyni zamanda, zərərli proqramlar yüklənir. Bundan başqa, qarşınıza çıxan reklam banerində "Əgər 18+ yaşınız varsa, kliklə" mesajı ilə bu saytdakı bildirişlərə abunə olmağınız istənilir. Əgər "İcazə ver" düyməsini “klik”ləsəniz, brauzerinizin bağlı olmasına baxmayaraq, saxta “pop-up” reklamları mobil qurğunuzun ekranında və ya kompüterinizin işçi masasında (desktop) görünməyə başlayacaq. Bu tip veb saytlar istifadəçinin internet brauzerindən IP ünvanı, veb-brauzerinin versiyası, istifadəçinin ölkəsi və s. kimi müxtəlif məlumatları oxuyur.

Məqsəd böyük məbləğli pullar və ya uduşlar vəd edərək istifadəçiləri aldatmaqdır. Problemin həll olunması üçün “Windows” idarəetmə panelindən istifadə edərək, son yüklənilən zərərli (xəbəriniz olmadan) proqramları kompüterinizdən təmizləmək, “Chrome” və ya digər brauzerlərin tənzimləmələr bölməsindən həmin resursdan olan uzantıları (extension) silmək tələb olunur. Brauzerinizdəki uzantılardan hansının zərərli olduğunu bilmədiyiniz halda bütün uzantıları silməyiniz tövsiyə olunur. Mobil telefonunuzu və ya kompüterinizi etibarlı (lisenziyalı) antivirus proqramı ilə yoxlayın (skan edin) və viruslardan təmizləyin.

“Azərpoçt” MMC və Elektron Təhlükəsizlik Xidməti məsələ ilə bağlı araşdırmaları davam etdirir.

“Azərpoçt” MMC belə hallarla qarşılaşan vətəndaşların nəzərinə çatdırır ki, mobil telefonlara göndərilən bu cür saxta mesajların quruma heç bir aidiyyəti yoxdur.

Qeyd edək ki, istər dövlət istərsədə özəl qurumlar mütəmadi olaraq belə xoşagəlməz hallarla qarşılaşırlar. Ona görə də vətəndaşlardan diqqətli olmalarını xahiş edirik.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Dekabr 2019    »
BeÇaÇşCaCmŞbBz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

VƏTƏNPƏRVƏR.İNFO SOSİAL ŞƏBƏKƏLƏRDƏ