Hall Hazırda oxuduqunuz xəbər
baslik

İstirahət günləri üçün hava proqnozu

Tarix: 20-09-2019 / 16:27 | Baxılıb: 92
yazıyı büyüt yazıyı küçült
İstirahət günləri üçün hava proqnozuEkologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti həftə sonu üçün hava proqnozunu açıqlayıb. Böyük və Kiçik Qafqazda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı, yüksək dağlıq ərazilərdə sulu qar, qar yağacağı ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu dağətəyi rayonlarda 22-27, dağlıq rayonlarda 13-18 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 26-31, dağlıq rayonlarda 19-24 dərəcə isti təşkil edəcək.

Qazax-Gəncə zonasında havanın əsasən yağmursuz keçəcəyi, lakin sentyabrın 21-də axşam şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın maksimal temperaturu 23-28 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin sentyabrın 21-i axşamdan 22-si gündüzədək şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın maksimal temperaturu 23-28 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-da havanın əsasən yağmursuz keçəcəyi, lakin sentyabrın 22-də gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Qərb küləyi sentyabrın 22-də şərq küləyi ilə əvəz olunacaq. Havanın maksimal temperaturu 27-32 dərəcə isti təşkil edəcək.

Paytaxtda isə sentyabrın 21-i səhərdən 22-si səhərədək güclü şimal küləyi əsəcək, sentyabrın 22-si gündüz mülayim cənub-qərb küləyi əsəcək. Sentyabrın 21-i axşam, 22-si gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Havanın temperaturu gecə 14-16, gündüz 19-23 dərəcə isti təşkil edəcək.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Oktyabr 2019    »
BeÇaÇşCaCmŞbBz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

VƏTƏNPƏRVƏR.İNFO SOSİAL ŞƏBƏKƏLƏRDƏ