Hall Hazırda oxuduqunuz xəbər
baslik

Kalaşnikova həsr olunan marka buraxılıb

Tarix: 13-09-2019 / 12:12 | Baxılıb: 106
yazıyı büyüt yazıyı küçült
Kalaşnikova həsr olunan marka buraxılıb18 sentyabr tarixində Kalaşnikov avtomatının yaradıcısı, general-leytenant məşhur Mixail Kalaşnikovun anadan olmasının 100 illik yubileyinə həsr edilən poçt bloku tədavülə buraxılacaq. Markanın üzərində Mixail Kalaşnikovun portreti təsvir olunacaq, poçt blokunun sahələrində isə Kalaşnikov avtomatının rəsmi öz əksini tapacaq.

Vetenperver.info Azərpoçt MMC-yə istinadən xəbəbr verir ki, Buraxılışa əlavə olaraq Moskva, Sankt-Peterburq və İjevsk şəhərləri üçün 2 ədəd “İlk gün” zərfi və möhür hazırlanacaq.

Bu orijinal poçt markasının nominal dəyəri 100 rubl, blokun tiraji isə 35 min nüsxə təşkil edəcək. Poçt blokunun ölçüsü 90×75 mm, blokda olan poçt markasının ölçüsü isə 50×42 mm –dir. Layihə dizayner-rəssam V. Beltyukova məxsusdur.

Qeyd edək ki, 1941-ci ildə Mixail Kalaşnikov məşhur avtomatının ilk modelini icad edərək, onun eskizlərini və ilk variantını yaradıb. Yeni avtomat üzərində tamamlama işləri 1947-ci ildə bitib. Nəticədə Kalaşnikov avtomatına "AK47" adı verilib.

Mixail Kalaşnikovun avtomat silahı dünyada ən məşhur və geniş yayılmış odlu silah növünə çevrilib. Onlarla ölkənin ordusu bu avtomatla silahlanıb, Kalaşnikov avtomatının təsviri bir neçə dövlətin milli bayrağını bəzəyir.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Oktyabr 2019    »
BeÇaÇşCaCmŞbBz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

VƏTƏNPƏRVƏR.İNFO SOSİAL ŞƏBƏKƏLƏRDƏ