Hall Hazırda oxuduqunuz xəbər
baslik

Tovuzdakı qətllə bağlı yeni məlumat

Tarix: 13-09-2019 / 12:00 | Baxılıb: 44
yazıyı büyüt yazıyı küçült
Tovuzdakı qətllə bağlı yeni məlumatTovuzda sabiq məhkəmə sədrinin qətli ilə bağlı cinayət işi başlanıb.

Tovuz rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, məlumat əsasında dərhal hadisə yerinə polis və prokurorluq orqanları əməkdaşlarının iştirakı ilə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin olunub və digər zəruri təxirəsalınmaz istintaq-əməliyyat tədbirlər həyata keçirilib.

Faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq silah əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

Xatıqladaq ki, məlum hadisə bu gün səhər saatlarında baş verib. Tovuz rayon Yanıxlı kənd sakini, 1959-cu il təvəllüdlü Əli Şəmiyev Firudin Ələkbərlini güllələyib. F.Ələkbərli aldığı xəsarətdən xəstəxanada ölüb.

Hadisəni törətməkdə şübhəli bilinən Ə.Şəmiyev polisə könüllü təslim olub.

İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində törədilib.

Qeyd edək ki, qətlə yetirilən Firudin Ələkbərli 90-cı illərdə Tovuz rayon xalq məhkəməsinin sədri vəzifəsində çalışıb. O, 1995-ci ildə nöqsanlara görə tutduğu vəzifədən azad edilib.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Noyabr 2019    »
BeÇaÇşCaCmŞbBz
 123
45678910
11121314151617
18192021222324
252627282930 

VƏTƏNPƏRVƏR.İNFO SOSİAL ŞƏBƏKƏLƏRDƏ