Hall Hazırda oxuduqunuz xəbər
baslik

Nazirlik əməkdaşını təltif etdi

Tarix: 13-09-2019 / 11:49 | Baxılıb: 51
yazıyı büyüt yazıyı küçült
Nazirlik əməkdaşını təltif etdiNazirlik bilyard üzrə yüksək nəticə göstərən əməkdaşını Fəxri fərmanla təltif edib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin əməkdaşı Seymur Məmmədov bilyardın “Sərbəst piramida” intizamı üzrə keçirilən Dünya çempionatında ikinci yerə layiq görülməsi münasibətilə nazirlik tərəfindən Fəxri fərmanla təltif edilib.

Seymur Məmmədova Fəxri fərmanı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin birinci müavini Əli Abdullayev təqdim edib.

Əli Abdullayev idmançını qalib olması münasibətilə təbrik edərək ona daha böyük qələbələr qazanmasını arzulayıb.

Nazirlik əməkdaşını təltif etdi Qeyd edək ki, Qırğızıstan Respublikasının Çolpan-Ata şəhərində təşkil olunan Dünya Kuboku üzrə yarışda 25 ölkədən 107 idmançı iştirak edib. Yarışda 86 kişi və 21 qadın mübarizə aparıb.

Həmyerlimiz Seymur Məmmədov yarımfinalda qırğız Madaminov Aziz adlı bilyard ustasını məğlub edərək finala vəsiqə qazanıb.

Finalda rusiyalı Semyon Zaytsevlə gərgin mübarizədə Seymur Məmmədovu qələbədən cəmi bir top ayırıb.

Məlumat üçün bildirək ki, idmançımız iki dəfə bilyard üzrə Avropa çempionatında 2-ci yerin sahibi, Qafqaz kubokunun qalibi olub.

Seymur Məmmədov bu günə qədər bilyard üzrə yüksək nəticə göstərən ilk və yeganə azərbaycanlıdır.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Oktyabr 2019    »
BeÇaÇşCaCmŞbBz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

VƏTƏNPƏRVƏR.İNFO SOSİAL ŞƏBƏKƏLƏRDƏ