Hall Hazırda oxuduqunuz xəbər
baslik

Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib

Tarix: 13-09-2019 / 11:46 | Baxılıb: 35
yazıyı büyüt yazıyı küçült
Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edibAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 12-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti xanım Lilian Mori Paskieni qəbul edib.

Vətənpərvər.info AZƏRTAC-a istinadən xəbər verir ki, söhbət zamanı AŞPA prezidenti xanım Lilian Mori Paskienin Azərbaycanla tanışlığının, müxtəlif səviyyələrdə keçirilən görüşlərin və aparılan müzakirələrin əlaqələrimizin inkişaf etdirilməsi üçün yaxşı imkanlar yaratdığı qeyd olundu.

Görüşdə bu il Avropa Şurasının təsis edilməsinin 70 illiyinin qeyd olunduğu və bu çərçivədə keçirilən tədbirlərin önəmi vurğulandı.

Söhbət zamanı Azərbaycan-Avropa Şurası əməkdaşlığının müxtəlif aspektləri geniş müzakirə edildi, Azərbaycanın Avropa Şurası çərçivəsində mövcud olan konvensiyalara qoşulması və bu istiqamətdə ölkəmizin qanunvericiliyinin uyğunlaşdırılması məsələlərinə toxunuldu.

Görüşdə Azərbaycanda insan haqlarının qorunması, demokratik inkişafla bağlı məsələlər müzakirə edildi.

Söhbət zamanı Avropa Şurasının gündəliyində duran və qarşılıqlı maraq doğuran məsələlərə dair ətraflı fikir mübadiləsi aparıldı.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Oktyabr 2019    »
BeÇaÇşCaCmŞbBz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

VƏTƏNPƏRVƏR.İNFO SOSİAL ŞƏBƏKƏLƏRDƏ