Hall Hazırda oxuduqunuz xəbər
baslik

Taksi saxlamağa qadağa qoyuldu

Tarix: 13-09-2019 / 11:43 | Baxılıb: 24
yazıyı büyüt yazıyı küçült
Taksi saxlamağa qadağa qoyulduSumqayıt şəhərindən paytaxta və əks istiqamətdə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sürücülərə Alatava (Şamaxinka adlanan ərazi), 20 Yanvar və 3-cü mikrorayon dairəsi yaxınlığında saxlayaraq sərnişin düşürüb-mindirilmələrinə icazə verilməyəcək. Vətənpərvər.info xəbər verir ki, bu barədə “Qafqazinfo”ya məlumatı Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov verib.

O bildirib ki, yeni dərs ilinin başlanması ilə sözügedən ərazilərdə süni sıxlığın yaranmasının qarşısını alma məqsədilə görülüb:

“Sumqayıtdan gələn sürücülər, tələbələr bilməlidir ki, Sumqayıt avtovağzalından çıxan avtobuslar birmənalı olaraq Bakı Beynəlxalq avtovağzalında saxlamalıdır.

Artıq sürücülərə xəbərdarlıq edilir. Reydlər aparılacaq. Həmin ərazi bizim tərəfimizdən nəzarətdə olacaq. Bakı Nəqliyyat Agentliyi də bizimlə birgə fəaliyyət göstərəcək. Dayanma durma tələblərinin pozulması ilə bağlı avtomatik elektron qərar qəbul olunub. Birmənalı olaraq həmin ərazidə kiminsə dayanması qanunsuzdur, məsuliyyətə cəlb olunacaq.

Təhsil müəssisələri və onların ətrafında, bəzi küçə və prospektlərdə süni sıxlığın, tıxacların yaranmaması üçün sürücü valideynlərdən xahiş edirik ki, dayanma durma tələblərinə düzgün riayət etsin. Avtomobili olmayan, ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin də dərsə, işə və ya hər hansı bir istiqamətə gedərkən ləngiməməyə çalışmalıdır”.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Oktyabr 2019    »
BeÇaÇşCaCmŞbBz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

VƏTƏNPƏRVƏR.İNFO SOSİAL ŞƏBƏKƏLƏRDƏ